Ərdoğan: "“STAR” Azərbaycanla Türkiyənin iqtisadi əlaqələrinin ölçüsünü gücləndirir"

"Dünyaya örnək olan münasibətlərimizi bir addım önə aparırıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Star” Neft Emalı Zavodunun açılışında Azərbaycan xalqını 18 Oktyabr - Dövlət Müstəqiliyi Günü münasibətilə təbrik edib. SİA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan edən Azərbaycan 27 ilik yolu qət edib: “Bu günkü Azərbaycan qardaşlarımızın ən gənc dövlətidir. Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Azərbaycanda səfərdə idim. Orada hərbi paradı həcəyan və qürurla izlədim. Türk və azərbaycanlı qardaşlarımız keçmişdə çiyin-çiyinə mübarizə apardığı kimi, paradda da çiyin-çiyinə yürüdülər. Bu gün “STAR” Neft Emalı Zavodunun açılışı ilə Azərbaycanla iqtisadi əlaqələrimizin ölçüsünü gücləndiririk. Dünyaya örnək olan münasibətlərimizi bir addım önə aparırıq”.

Ərdoğan dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə həyata keçirilən layihələrlə Türkiyə və Azərbaycanın hədəflərinə yaxınlaşdığını dilə gətirib: “2008-ci ildən ölkəmizdə enerji sahəsində bir sıra işlər həyata keçirən SOCAR bu sərmayə ilə yeni enerji yatırımı əldə edib. STAR zavodu Avropanın, Yaxın Şərq və Şimali Afrikanın ən böyük neft emalı zavodlarından biridir. Bununla neft idxalatında hər gün 1.5 milyard dollar qənaət ediləcək. 1100 adam işlə təmin olunacaq. Ege bölgəsində rifahı təmin edəcəyik”.

Azərbaycan torplaqlarının 20 faizinin işğal altında olduğunu deyən Türkiyə dövlətinin başçısı söyləyib ki, bu vəziyyət qəbul edilməzdir: “Beynəlxalq ictimaiyyət problemi həll etmək üçün ölkəmizin və Azərbaycanın təşəbbüslərinə səssiz qala bilməz. Bu səssizliklərin əvəzini varlıqlarını çürüdərək ödüyürlər. İçi boş beynəlxalq sistemin cəmiyyətdə dəyəri qalmaz. Biz "dur" deyilməyini gözləyirik. Rifaha yönəlik qaydalar tətbiq edilməsə, heç kim gələcəyə baxa bilməz. Biz hər cür şəraitdə birgə mübarizəni davam etdirəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...