“Addımları bütövlükdə Ermənistana baha başa gələcək” AÇIQLAMA

"Düşünürəm ki, Ermənistanda hökm sürən hakimiyyət böhranı şəraitində Dağlıq Qarabağda proseslərin nəzarət altından çıxmasında istər Ermənistan iqtidarı, istərsədə Paşinyana müxalifətdə olan “İrəvan kılanı”nın təmsilçiləri maraqlı olmamalıdırlar". Bunu SİA-ya açıqlamasında Politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, digər tərəfdən regionda vəziyyətin əsaslı şəkildə Azərbaycanın xeyrinə dəyişə biləcəyindən ehtiyat edən və Ermənistanın siyasətinə havadarlıq edən məlum dövlətlərin məlum dairələri də vəziyyətin dəyişməsində maraq deyillər: "Hərçənd ki, revanş götürmək məqsədi ilə “İrəvan klanı” növbədənkənar parlament seçkiləri ərəfəsində belə bir təxribatlara gedə bilər. Çünki klanın orduda təsir imkanları kifayət qədər böyükdür. Lakin 2016-cı il aprel döyüşlərinin Ermənistan üçün acı təcrübəsindən çıxış etsək, bunun təbii ki, Paşinyan iqtidarı üçün doğura biləcəyi problemlər öz yerində, “İrəvan klanı” hakimiyyət gələrsə, onlar baş verə biləcək hərbi əməliyyatların Ermənistan üçün doğura biləcək ağır nəticələri aradan qaldırmaq iqtidarında olmayacaq və bu Ermənistanda sosial iqtisadi maliyyə durumunun daha da ağırlaşmasına gətirib çıxaracaq. Düşünürəm ki, hazırda Azərbaycan tərəfi də həmişə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirən və beynəlxalq aləmdə etimad qazanmış bir dövlət kimi bu vəziyyətdən istifadə etmək üçün hər hansı bir addım atmayacaq. Hərçənd ki, Ermənistanda cərəyan edən hadisələr cəbhədə vəziyyəti dəyişmək üçün bizim xeyirimizədir. Lakin biz həmişə qeyd etmişik ki, problemin məhz sülh yolu ilə həlli variantının tərəfdarıyıq. Əgər Ermənistan bu variantı qəbul etməyəcəksə, onda Azərbaycanın hərb amilindən istifadə etmək hüququnu özündə saxlayır. Düşünürəm ki, bu konteksdə Ermənistanda nə iqtidar, nə də ki, ona müxtəlif partiyalar yaradaraq seçkilərə hazlırlaşan Koçaryan və Sarkisyan cəbhədə vəziyyətin dəyişməsi üçün addımlar atmayacaq. Çünki Paşinyanın və yaxud Koçaryan-Sarkisyan qrupunun ata biləcəyi addımları bütövlükdə Ermənistana baha başa gələcək".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə