“Star” Neft Emalı Zavodunun açılış mərasimi başlayıb

Türkiyənin İzmir şəhərində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Star” Neft Emalı Zavodunun açılış mərasimi başlayıb. SİA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, “Star” Türkiyənin işlənmiş neft məhsulu ehtiyacının 25 faizini qarşılamaqla yanaşı, neft idxalatında hər gün 1.5 milyard dollar qənaətə imkan yaradacaq. Zavod Türkiyənin ilk strateji təşviq sənədini alan investisiya xüsusiyyətini daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqindən başlıqları təqdim edirik.

- Bu gün açılışını etdiyimiz “Star” Neft Emalı Zavodu dünyaya örnək olan münasibətlərimiziu bir addım daha da önə atmış olur.

- Son 30 ildə reallaşdırılan ən böyük investisiya yatırımıdır.

- STAR zavodu Avropanın, Yaxın Şərq və Şimali Afrikanın ən böyük neft zavodlarından biri kimi fəaliyyət göstərəcək.

- Neft idxalatında hər gün 1.5 milyard dollar qənaət ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...