AŞPA-da ölkəmizə qarşı növbəti qərəz cəhdi ANALİTİK

Rasmus Vesterqaard Madzeh kimi avrodeputatlar erməni lobbisinin pullarından bəhrələnirlər

Bəlli olduğu kimi, oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın payız sessiyası başa çatıb. Lakin diqqət çəkən məqamlardan biri də budur ki, adıçəkilən Avropa qurumunda bir qrup deputat növbəti dəfə Azərbaycan əleyhinə yönəlmiş qətnamə hazırlayaraq, müəyyən dairələrin sifarişlərini həyata keçirməyə çalışıblar. Daha dəqiq desək, ermənipərəstliyi ilə ad qazanmış Rasmus Vesterqaard Madzehin rəhbərliyi ilə AŞPA-nın 25 üzvü ölkəmiz əleyhinə qətnamə hazırlayıblar. Qətnamədə guya Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya halları barədə gerçəkliyi əks etdirməyən iddialar var.

Bu məsələnin tam analizinə keçməmiş belə bir qənaətə gəlmək olar ki, əslində, Rasmus Vesterqaard Madzeh dəfələrlə Azərbaycan əleyhinə fikirləri ilə yadda qalıb və bu kimi hallarda onun maddi tərəfdən erməni lobbisindən bəhrələnməsi iddiası ortaya çıxır. Yəni, onun bu məsələdə maddi marağı var və söz yox ki, erməni lobbisi bunun üçün onu cah-cəlallı həyatla təmin edir. Əlbəttə ki, birbaşa deyil, müxtəlif “qrant layihələri” əsasında...

Lakin məsələnin digər tərəfi də budur ki, bu gün Azərbaycan istər insan hüquqlarının qorunmasında, istərsə də korrupsiya ilə mübarizədə hətta bir sıra Avropa dövlətlərini də geridə qoyur.

Ölkəmizdə insan hüquqları və azadlıqları ilə bağlı heç bir problem mövcud deyil, kiçik nöqsanlar isə dərhal aradan qaldırılır

Ümumiyyətlə, Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı çox mühüm addımlar atılıb və atılmaqda davam edir, demək olar ki, hər il verilən əfv sərəncamları sayəsində çox sayda məhbuslar azadlıqlarına qovuşur, həmçinin ölkəmizdə insan hüquqları və azadlıqları ilə bağlı heç bir problem mövcud deyil, kiçik nöqsanlar isə dərhal aradan qaldırılır. Bunu isə bir çox nüfuzlu siyasi dairələr, o cümlədən, avropalı deputatların çoxu yaxşı bilirlər. Sadəcə, Madzeh və onun kimi şəxsi mənfəətlərini güdən avrodeputatlar unudurlar ki, onlar bu cür davranışları ilə həm də təmsil olunduqları qurumun – AŞPA-nın nüfuzuna xələl vururlar.

Başqa tərəfdən, ola bilər ki, məmur-vətəndaş arasında müəyyən narazılıqlar yarana bilər və belə amillər yalnız Azərbaycanda deyil, elə Avropanın özündə də vardır. Belə faktlar kifayət qədərdir və bu gün AŞPA-nın anti-Azərbaycan xarakterli dairələrində siyasi korrupsiyaya bulaşan Madzeh kimi deputatlar yaxşı olardı ki, bu cür reallıqlardan çıxış etsinlər. Təəssüf ki, şəxsi mənfəət maraqları erməni lobbisi qarşısında nökərçilik edən Madzeh kimi deputatları həm də siyasi korluğa məruz qoyub. Necə deyərlər, “qrantlar” onların gözlərini tutub...

Azərbaycan dövləti daim görülən işlərlə bağlı xalqa hesabatlarını təqdim etməkdədir

Görünür, bu səbəbdən “ASAN Xidmət” və s. bu kimi ilk dəfə ölkəmizdə yaradılan xidmət qurumlarını görməzlikdən gəlirlər. Halbuki, məhz bu xidmətin yaradılması, əhali üçün fəaliyyət göstərməsi hazırda Avropa ölkələrinin çoxunda yoxdur, ya da yeni fəaliyyət göstərməyə başlayıblar.

Bu gün ölkəmizdə gömrük və vergi orqanlarında, məhkəmə sistemlərində də çox böyük islahatlar həyata keçirilir, nöqsanlara yol verən hakimlər, məmurlar və s. sahələrin əməkdaşları qanun qarşısında cavab verirlər və bütün bunlar korrupsiyaya qarşı mübarizənin siyasi iradə baxımından göstəricisidir.

Eləcə də regionların inkişafı ilə bağlı da çox mühüm qərarlar qəbul olunub və olunmaqda davam edir. O cümlədən, Azərbaycan dövləti daim görülən işlərlə bağlı xalqa hesabatlarını təqdim etməkdədir.

Ancaq bu kimi qərəzli məsələlərdə yalnız erməni lobbisi canfəşanlıq göstərmir, onlardan maddi vəsaitlər toplamağa çalışan “milli xainlər” də var ki, Azərbaycanın dövlətçilik maraqları və inkişaf reallığından qıcıqlanırlar.

Onların da qarşısına “sür-sümük” atacaqlar...

Bu cür olan halda, belələri AŞPA-dakı 25 ermənipərəst və mənfəətpərəst deputatın kirli maraqlarından çıxış edib, növbəti dəfə azərbaycanlı adına layiq olmadıqlarını sübuta yetirirlər. Nədir ki, onların da qarşısına “sür-sümük” atacaqlar...

Bu arada daha bir xatırlatmanı da etmək olar ki, Rasmus Vesterqaard Madzehin rəhbərliyi ilə ölkəmizə qarşı qərəz nümayiş etdirən AŞPA-nın 25 üzvü arasında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlər də var. Bu gerçəkliyin özü də bu cür düşünməyə zəmin yaradır ki, birbaşa erməni təsiri altında olan həmin şəxslər insanlığa aid olan bütün üstün cəhətlərdən məhrumdurlar. Onların gözlərini tutan “qrantlar” isə əlbəttə ki, ədalət qarşısında havaya uçaraq yox olacaq. Çünki biz dəfələrlə şahidi olmuşuq ki, bənzər addımlar atanların hər biri nəticədə iflasa məhkum olublar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...