“Forum Azərbaycanın imici üçün müstəsna əhəmiyyətə malikdir” ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, Azərbaycan son illər bir çox beynəlxalq tədbirlərə, hümanitar forumlara, dialoqlara ev sahibliyi edir. Bu kimi tədbirlər mütəmadi olaraq ölkəmizdə keçirilir”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktorun sözlərinə görə, bu tədbirlərin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır: “Yəni, bunun üçün Azərbaycanda bütün imkanlar var. İlk növbədə ölkənin iqtisadi imkanları buna tam uyğundur. İkincisi, ölkənin inkişaf tempi inkişaf etmiş dövlətlərin səviyyəsindədir. Cəmiyyətin bütün strukturları demək olar ki, dünyanın inkişaf etmiş ölkələrinin strukturlarına tam uyğun bir formatda inkişaf edir. Dünyanı düşündürən, qlobal mərkəzləri maraqlandıran və eyni zamanda dünyanın diqqətini çəkəcək, düşündürə biləcək ideyalar Azərbaycanda və Bakıda gündəmə gətirilir müzakirəyə çıxarılır. Biz mütəmadi olaraq “Dayanıqlı İnkişafa dair Bakı Forumu” kimi tədbirləri hümanitar forumlar, media konfransları, Şərq-Qərb sivilizasiyasının dialoqları, dini dözümlülük motivləri əsasında keçirilən tədbirlərdə görürük. Bütün bunların hamısı ona əsas verir ki, Azərbaycan kifayət qədər dünyanı düşündürən, maraqların mərkəzində dura biləcək bir ölkədir. Təbii ki, bu baxımdan da ölkəmizdə keçiriləcək “Dayanıqlı İnkişafa dair Bakı Forumu”nun da böyük əhəmiyyəti var. Bu forumlar Azərbaycanın imici üçün də müstəsna əhəmiyyətə malikdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə