Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çində səfərdədir

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti oktyabrn 18-dən Çin Xalq Respublikasında səfərdədir. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqlər üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxildir.

Səfər zamanı Azərbaycan və Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü olub. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Siyavuş Novruzov əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. S.Novruzov deyib ki, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin, imzalanan ikitərəfli sənədlərin mühüm rolu var.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən bəhs edən YAP İcra katibinin müavini partiyalar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin iki ölkə parlamentlərinin əməkdaşlığlndan da ətraflı bəhs edib, parlamentlər arasında əlaqələrin daim inkişaf etdiyini qeyd edib. S.Novruzovun sözlərinə görə, siyasi əlaqlərlə yanaşı ölkələrimizin iqtisadi-ticarət əlaqələri də davamlı olaraq genişlənməkdədir.

Çin parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Van Syankuy Çinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında dosluq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Van Syankuy parlamenlərin əlaqlərinin inkişafından məmnunluq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...