Hərbi helikopter "Ronald Reyqan"ın üstünə düşdü İNSİDENT

ABŞ-ın hərbi dəniz qüvvələrinə məxsus MH-60 helikopteri Ronald Reyqanın adını daşıyan aviadaşıyıcının üzərinə düşüb. SİA xəbər verir ki, aviadaşıyıcı hazırda Filippin sularındadır və insident nəticəsində xəsarət alanlar var. Bu barədə mediaya ABŞ-ın yeddinci donanmasının Sakit okeanda yerləşən bazasının komandanlığı bildirib.

Qeyd olunur ki, hadisə səhər saatlarında uçuşa başlayan kimi baş verib. Hələlik, neçə nəfərin xəsarət aldığı və həyatlarına təhlükənin olmadığı bildirilir. Onların bir hissəsini sahilə tibbi yardım almağa göndəriləcəkləri xəbər verilir. Həmçinin bildirilir ki, helikopterin düşməsi aviadaşıyıcıya ciddi zərər verməyib və təmirə ehtiyac duyulmur.

ABŞ HDQ-nə məxsus Ronald Reyqan atom aviadaşıyıcısı Yaponiyanın Tokio körfəzinin Yokosuka bazasında xidmət aparır. Aviadaşıyıcının Filippində olması isə dənizdə ştatlı əməliyyatlar aparması ilə bağlıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...