200 nəfər xilasedici cəlb olunub TASS

Rusiyayanın müdafiə nazirliyinə məxsus L-39 hərbi təyyarəsinin hissələri Azov dənizində tapılıb. SİA xəbər verir ki, bu barədə İTAR TASS agentliyi məlumat yayıb. Məlumata görə, artıq dalğıclar təyyarənin düşdüyü ərazidə axtarışlara başlayıblar.

Operativ mənbə insidentlə bağlı qeyd edib ki, axtarışlar sona qədər davam etdiriləcək.

Eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbə də hadisə ilə bağlı qeyd edib ki, pilotlar tapılmayıblar. Belə ki, daha öncə onların vaxtında katapult etdikləri xəbər verilirdi. “Pilotların axtarışına 200 nəfər xilasedici cəlb olunub”, mənbə qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə