“Ölkədəki qanunlar ictimaiyyətin reaksiyası ilə idarə olunur” "JOXOVURD"

“Əgər həbsdə saxlanılan Manvel Qrieoryanda xəstəlik varsa, o azad olunmalıdır”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri yazır. Qeyd edilir ki, artıq 5 milyon dram müqabilində sabiq baş nazir Ovik Abraamyanın qardaşı Henrix Abraamyan, oktyabrın 10-da isə kriminal avtoritet Artyom Kanevski azadlığa buraxılıb: “Baxmayaraq ki, həbs edilənlərin birini-digərinin ardınca azadlığa buraxılarlar, ölüm ayağında olan parlamentin deputatı Manvel Qriqoryan hələ də həbsdə qalmaqda davam edir”.

Qəzet iddia edir ki, Qriqoryanın həbsə qalmasının səbəbləri var: “Onlardan biri də ictimaiyyətin birmənalı olmayan reaksiyasıdır. Lakin hakimiyyət qanun tərəfindən çıxış etməlidir, çünki Manvel Qriqoryanda xəstəlik varsa və o hələ də həbsdə saxlanılırsa, demək ki, azadlığa buraxılmalıdır. Bu baxımdan, ictimaiyyətin reaksiyasını nəzərə almaq yumşaq desək, doğru seçim deyil. Əks halda, ölkəmizdəki qanunların ictimaiyyətin reaksiyası ilə idarə olunması anlamı ortaya çıxır”.

Xatırladaq ki, Manvel Qriqoryan Ermənistan cinayət məcəlləsinin bir və ya bir qrup şəxslər tərəfindən qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddə və partlatma qurğuları əldə etmək, saxlamaq, daşımaq və satmaq maddəsi üzrə ittiham olunur. Onun birinci Qarabağ müharibəsində azərbaycanlılara xüsusi amansızlığı barədə çoxsaylı faktlar var.

Erməni mediası Qriqoryanın ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə