“Korrupsionerlər hakimiyyətə gətirilir” “HRAPARAK”

“64 yaşlı general-leytenant Enriko Apriamovu sistemə qaytarmağa hazırlaşırlar”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yaxın mənbələrinə istinadən yazıb. Məlumatda bildirilir ki, onu Ermənistan silahlı qüvvələrinin Baş qərargahının rəisinə baş məsləhətçi vəzifəsinə təyin etmək istəyirlər. “O, 2000-2017-ci illərdə silahlı qüvvələrin Baş qərargahınnın rəis müavini vəzifəsini daşıyıb”, deyə yazan erməni nəşri əlavə edib ki, Enriko Apriamovun adı bir sıra korrupsiya əməllərində hallanıb: “Onun adı müxtəlif korrupsiya qalmaqallarında hallanıb, onlardan ən səsli-küylüsü 2012-ci ildə yüksək rütbəli hərbi çinlilərin silah və sursat satmaları ilə bağlıdır”.

“Diqqətçəkicidir ki, 2017-ci ilin 3 may tarixində o, Serj Sarkisyanın qərarı ilə silahlı qüvvələrin Baş qərargahının rəis müavini vəzifəsindən və hərbi xidmətdən azad olunub”, deyə qeyd edən nəşr əlavə edib ki, Apriamov Yuri Xaçaturovla və Mikael Arutunyanla yaxın olub. “ Hazırkı müdafiə naziri David Tonoyan 2017-ci ildə hətta onu özü ilə bərabər FHN-ə - müavini vəzifəsinə aparıb”, yazan erməni qəzeti bu dəfə də Aprianova dəstəyin onun tərəfindən verildiyini istisna etmir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...