Oqtay Gülalıyev bank maxinatoruna kimin tapşırığı ilə qahmar çıxıb? FAKTLAR

Müxalifət funksioneri: “Əli Kərimlinin sağ əli Cahangir Hacıyevi müdafiə edir”

BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı facebook səhifəsində maraqlı statusla çıxış edib. Belə ki, SİA-nın verdiyi məlumata görə, müxalifətçi funksioner iddia edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevi və onun Böyük Britaniyaya qaçan arvadı Zamirə Hacıyevanı müdafiə edənlər tapılıb və onlar AXCP sədri Əli Kərimlinin ən yaxın ətraflarıdır. Partiya sədrinin müavini xüsusilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin adını çəkib.

Belə ki, “Milyonlar xərcləyən Zamirə Hacıyevanın əri Cahangir Hacıyevi Əli Kərimlinin sağ əli olan Oqtay Gülalıyev müdafiə edir. Sizcə niyə?!”, sualını verən Niyaməddin Orduxanlı hər zaman olduğu kimi, bu dəfə də radikal müxalifət təmsilçilərinin cinayətkarların yanında olmalarına, məhz cinayət törətmiş şəxsləri müdafiə etdiklərinə eyham vurub.

Elə isə, gəlin Əli Kərimlinin sağ əli Oqtay Gülalıyevin kimi müdafiə etdiyini bir daha xatırlayaq.

Bu məsələlərdə onun həyat yoldaşı Zamirə Hacıyevanın da adı müxtəlif qanunsuz əməllərdə hallanmaqdadır

Xatırladaq ki, Cahangir Hacıyev 20 may 2015-ci ildə ARDİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb. 5 dekabr 2015-ci ildə Cahangir Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu. 14 oktyabr 2016-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxuyub. O, törətdiyi əməllərinə görə, 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verilib. Məhkəmə araşdırmaları da göstərdi ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurub. Bu məbləğ Azərbaycanın 2016-2017-ci il büdcəsində ümumdaxili məhsulun 25 faizinə bərabər idi. Bu da Azərbaycan manatının devalvasiyası səbəblərindən biri kimi göstərildi. Bildirilirdi ki, bankdan qanunsuz çıxarılan pullar Cahangir Hacıyevin və ona yaxın olan şəxslərin və qohumların xaricdəki bank hesablarına köçürülürdü. Bu məsələlərdə onun həyat yoldaşı Zamirə Hacıyevanın da adı müxtəlif qanunsuz əməllərdə hallanmaqdadır. Təkcə, Böyük Britaniyada onun haqqında başladılmış araşdırmalar, qanunsuz əmlaklarının müsadirəsi də bu cür qənaətə gəlməyə zəmin yaradır. Məhkəmə materiallarından belə məlum olur ki, çirkli pulların yuyulması üçün saxta xərclər və gəlir layihələri irəli sürülürdü, eyni zamanda, kreditlər üçün təhlükəsizliyin təmin edilməsi üçün qondarma girovlar (istiqrazlar, zəmanətlər və s.) təqdim olunurdu.

Əli Kərimlinin də çoxsaylı bank maxinasiyaları barədə çoxsaylı faktlar mövcuddur

Beləliklə, əgər nəzərə alarsaq ki, AXCP sədri və ətrafı dövlətin nüfuzuna xələl vurmağa cəhd edən, fərqli iqtisadi və s. cinayətlər törədən insanları da zaman-zaman müdafiə edib, bu zaman onun bu kimi məsələdə maraqlarının olması da kimsədə şübhə doğurmur. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da məhz bu amili önə çəkərək, Əli Kərimlinin, eləcə də onun yanında olan Oqtay Gülalıyevin çirkli oyun oynamalarına işarə edib. Belə ki, bu vaxta qədər Əli Kərimlinin də çoxsaylı bank maxinasiyaları barədə çoxsaylı faktlar mövcuddur və o da zamanında qaynı vasitəsilə bir sıra maliyyə dələduzluqları törədərək, iri məbləğdə maddio vəsaitlər mənimsəyib. Maraqlıdır ki, Əli Kərimli bu vaxta qədər ona qarşı irəli sürülmüş danılmaz ittihamara qarşı doğru-dürüst arqument qoya bilməyib.

Niyaməddin Orduxanlının ilginc iddiasına gəlincə, AXCP sədrinin vaxtilə Cahangir Hacıyevlə gizli əlaqələrinin olması ehtimalı da həqiqətə söykənə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...