“Paşinyanın istefası siyasi oyundur” AÇIQLAMA

"Paşinyan Düşənbə görüşündə də belə bir razılığa gəlinmişdi ki, tərəfləri sülhə dair müəyyən addımlar atmalıdır". Bunu SİA-ya açıqlamasında Politoloq Ramiz Aliyev deyib.

Onun sözlərinə görə, yəni sülhü pozacaq addımlar atmamalıdır, münaqişə zonasında atəşkəs rejiminə əməl olunmalıdır: "Bütün bu qaydalara riayət edilməlidir ki, sülh prosesi baş versin və beynəlxalq hüquq normaları çərçivəsində münaqişə öz həllini tapsın. Ancaq təəssüflər olsun ki, Paşinyan bu günlərdə elə işğal etdiyi Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa və qəsb edilən ətraf rayonlara səfər etdi. Bu bir növ münaqişənin daha da alovlanmasına və tərəflərin daha da qıcıqlandırılmasına gətirib çıxaracaq bir addımdır. Çünki o ərazilər həm dünya dövlətləri, həm də bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınır və təsdiq olunmuşdur. Ancaq təəssüflər olsun ki, Paşiyanın separatçı addımına dünyanın hegemon dövlətləri və lideri, eyni zamanda da BMT və digər beynəlxalq təşkilatlar lazımı formada reaksiya vermirlər. Bu da hesab edirəm ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında müharibənin baş verməsinin qaçılmaz olduğunu göstərir. Azərbaycan dövləti və ordusu heç zaman imkan verməz ki, onun ərazilərində Paşinyan və yaxudda Paşinyanı əvəz edəcək şəxslər bu cür təmtəraqlı açılışlar və yeni yaşayış kompleksləri açsın. Paşinyanın bu günlərdə istefa verməsi və yenidən parlament seçkilərinin keçirilməsi özü bir siyasi oyundur. Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. O var gücü ilə öz imkanlarını daxildə gedən proseslərə kökləmişdir. Öz rəqibləri olan və özünə rəqib gördüyü şəxsləri, siyasətçiləri sıradan çıxartmağa çalışdı və buna qisməndə olsa nail oldu. Amma hesab edirəm ki, Paşinyan bu addımı ilə düşündüyü fikirləri, məqsədyönlü işləri yerinə yetirə bilmədi. Nə qədər parlament və prezident seçkiləri keçirilsə də Paşinyanın bir oyuncaq olduğunu, heç bir müstəqil siyasi fikir olmadığını hər kəs artıq bilir. Başlıcası Azərbaycanla razılığa gəlmədi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını istəmədi. Demək olar ki, onun bir fikri ilə digər fikri üst-üstə düşmür. Paşinyan hər gün bir bəyanatla öz xalqına sanki aktyorluq edir. Çünki o bir fikrində bildirdi ki, mən sülhün tərəfdarıyam, bildiyiniz kimi, onun həyat yoldaşı Rusiyada Azərbaycan qadınlarını sülhü dəstəkləməyə çağırmışdır, bir tərəfdən öz oğlunu Dağlıq Qarabağa göndərir hərbi xidmətə və ordan bəyanatlar verir, eyni zamanda, digər tərəfdən də Ermənistan parlamentində Azərbaycana qarşı müharibə elan edir. Baxın fikirlər nə qədər bir-birinin əksini göstərir. Belə bir adamın bu gün istefa verib, siyasi gedişlər etmək cəhdləri gülünc və klonluqdan başqa bir şey deyil".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə