“Ermənistanda maraqlı proseslər cərəyan edəcək” AÇIQLAMA

"Ermənistan Konstitusiyasına görə, birinci baş nazir istefa verməlidir, daha sonra parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir". Bunu açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu zaman seçki qanununa görə, parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir: "Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur. Beləliklə, Paşinyanın beş aylıq hakimiyyətinə ara verildi. Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi. Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən “Qarabağ klanını” həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə