"Paşinyanın yeganə xilas yolu Azərbaycanla sülhə nail olmaqdır" AÇIQLAMA- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyanın istefaya getməsi, dekabr ayında parlament seçkilərini keçirmək, hakimiyyətin nümayəndələrini parlamentdən təmizləmək və rəhbərliyi ələ almaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, bu istefa Paşinyana Koçaryan və Sarkisyanın adamlarını parlamentdən çıxarmaq və öz hökumətini real formalaşdırmaq imkanı verəcək: “ Bu baxımdan Paşinyanın istefasını hesablanmış addım hesab etmək olar. Paşinyanın bu addımı əslində istefa adlandırmaq da düzgün deyil. Çünki, o hazırda bu addımla yeni parlament seçkilərini tezləşdirərək, köhnə parlamenti dağıtmış olur”.

Sarkisyan və Koçaryan qüvvələrinin məhdud imkanlara malik olduğunu deyən A. Mollazadə seçki ərəfəsində onlar tərəfindən hər hansı etirazların gözlənilmədiyini dilə gətirib: “ İrəvanda mer seçkiləri onu göstərdi ki, köhnə hakimiyyətin adamları heç bir müqavimət göstərə bilməzlər. Əks halda, Paşinyanın adamı mer seçilməzdi”.

Deputat qeyd edib ki, hazırda Ermənistanda keçmiş hərbi cinayətkarları dəstəkləyən qüvvələr küncə sıxıldığından onlar heç bir müqavimət göstərə bilmirlər.

Dağlıq Qarabağ probleminin həllinə gəlincə A. Mollazadə vurğulayıb ki, Ermənistanda Paşinyan yeni hakimiyyətini gücləndirməyənə qədər problemin həlli ilə bağlı ciddi danışıqlar aparılmayacaq: “ Yalnız seçkilərdən, yeni hökumətin formalaşmasından sonra biz Ermənistanın danışıqlara başlayacağını gözləyə bilərik. Hələlik onların fikri yalnız öz daxili məsələlərinə qarışıb”.

Deputat əlavə edib ki, Paşinyanın Ermənistanın müstəqilliyini bərpa etmək, normal dövlətə çevirmək üçün yeganə xilas yolu Azərbaycanla sülhə nail olmaqdır: “Paşinyan bu yolu seçməsə Ermənistan dövləti tam məhv ola bilər. Onsuzda Ermənistan hərbi bazaya bənzəyən bir ərazidir. Lakin Azərbaycanın ərazilərini işğaldan azad etmək, sülhə nail olmaqla Paşinyan Ermənistanı xilas edə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə