Müşfiq Ələsgərli: “Müstəqillik böyük sərvətdir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan xalqı ilin müxtəlif aylarında Müstəqillik Gününü, Bayraq Gününü və nəhayət Respublika Gününü qeyd edir. Bu, həm də onun göstəricisidir, xalqımız demokratik, müstəqil respublika quruculuğuna mübarizə apara-apara, döyüşə-döyüşə, addım-adım yanaşıb, bu müqəddəs günə mücadilə aparmaqla nail olub”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sonuncu müstəqilliyimizin yolu, həm də 20 yanvardan keçib: “Müstəqillik böyük sərvətdir. Dünyada bir neçə min xalq, millət yaşasa da, müstəqil dövlət qurmaq yalnız 200-ə yaxın xalqa nəsib olub ki, onlardan biri də Azərbaycan xalqıdır. Xalqımız tarixin müxtəlif mərhələlərində müstəqil dövlət qurub. Amma onları qorumaq, saxlamaq, uzun ömürlü etmək mümkün olmayıb. Sonuncu müstəqil dövlətimizin özəlliyi ondadır ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu siyasətə uyğun olaraq, o, həm demokratik əsaslar üzərində qurulub, həm də uzun ömürlü oldu. Müstəqil, demokratik dövlətimizin ömrü uzun olsun”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə