“Dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyıb” ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyevin qəti və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

“Əgər bir qədər bundan əvvəlki dövrə nəzər yetirsək görərik ki, o zaman Azərbaycan heç də dünya tərəfindən geniş şəkildə tanınan ölkə deyildi. Amma uzun illər Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı nailiyyətlər və Azərbaycanın bir müstəqil ölkə kimi dünya ictimaiyyətinə təqdim olunması və müstəqil siyasətin yeridilməsi təbii ki, dünya ictimaiyyəti tərəfindən də ölkəmizin haqq səsini eşitməyinə müvəffəq olmuşdur. Bu gün Azərbaycanın beynəlxalq diplomatiyasının uğurudur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa olunmasında görünür. Bütün bu uğurlar cənab Prezidentin apardığı düzgün və düşünülmüş beynəlxalq siyasətin göstəricisidir və Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir”-deyə, A.Badamov fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə