"Azərbaycanın Müstəqillik Günü onun milli sərvətidir "

YAP Masallı rayon təşkilatı Müstəqillik Gününü qeyd edib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında 18 Oktyabr Dövlət Müstəqillik Günü münasibəti ilə təşkilatın gənclər birliyi "Azərbaycanın Müstəqillik Günü onun milli sərvətidir" mövzusunda tədbir keçirib.SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev açaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirib.

C.Əliyev qeyd edib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbəsi idi: "Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir, əbədidir" deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

YAP Masallı rayon təşkilatının gənc fəalları Aybəniz Novruzova, Sarxan Əhmədov, Bəxtim Qarayev, Sübhan Şiriyev, Vafiq Xəlilov, Rza Rzayev, Əziz Əliyev, Nemət Abdullayev, aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə, və başqaları çıxış edərək, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev olduğunu qeyd ediblər. Çıxışlarda o da vurğulanıb ki, "Müstəqilliyimiz dönməzdir, əbədidir" deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə