YAP Pirallahı rayon təşkilatında ilk partiya təşkilatına sədr seçiki keçirilib

Hikmət Şikarov: “Bu gün YAP Pirallahı rayon təşkilatının 5 mindən artıq üzvü var ki, bu da cəmi 20 min əhalisi olan rayonumuzda respublika üzrə ən yüksək faiz göstəricisidir”

Bu gün, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirilib. İclasın gündəliyində duran əsas məsələ Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi. İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, 1992-cil noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edərək, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

“YAP, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır”, deyə qeyd edən Hikmət Şikarov həmçinin bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalıb: “Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında mühüm rol oynamışdır. Bu gün YAP Pirallahı rayon təşkilatının 5 mindən artıq üzvü var ki, bu da cəmi 20 min əhalisi olan rayonumuzda respublika üzrə ən yüksək faiz göstəricisidir”.

YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, 2018-ci ildə YAP Pirallahı rayon təşkilatı bir çox uğurlara imza atıb. Belə ki, rayon təşkilatının fəaliyyətində xüsusilə fərqlənən ərazi ilk partiya təşkilatları vardır: “Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı bu baxımdam ən nümunəvi ərazi ilk partiya təşkilatıdır. Rayonumuzda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı keçirilən hər bir tədbirdə aktivliyi ilə seçilən Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı həm də partiyaya yeni üzvlərin cəlb olunmasında ən fəal ərazi ilk partiya təşkilatlarından biridir. Son 2 ayda partiya sıralarına 87 nəfər yeni üzvün qəbulu Pirallahı rayon MKTB-da partiya ilə bağlı düzgün təbliğatın bariz nümunəsidir. Sözsüz ki, sadalanan göstəricilər və əməli fəaliyyət Pirallahı rayon MKTB-nın rəisi Manaf Manafovun partiyamıza olan sədaqətindən irəli gəlir”.

Çıxışlardan sonra YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə heyətinin üzvləri - Pirallahı rayon MKTB-nın rəis müavini Cəlil Mirzəyev və hüquqşünas, kadrlar üzrə mütəxəssis Aysel Qəribli Manaf Manafovun Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı sədrliyinə namizədliyini irəli sürdülər. YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə Manaf Manafov Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının sədri seçildi. İclasın sonunda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olundu.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə