Bolton Azərbaycana oktyabrın 24-də gələcək

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana oktyabrın 24-də səfər edəcək. SİA bu barədə "Ria Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, ABŞ prezidentinin müşavirinin səfər zamanı ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bundan əvvəl Bolton öz "Twitter" hesabında oktyavrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini qeyd etmişdir.

"Səfər oktyabrın 24-də baş tutacaq. Rəsmilərlə bir sıra görüşlər keçiriləcək, regional məsələlər müzakirə olunacaq ", - deyə mənbə qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə