“Son 15 ildə bütün sahələrdə böyük nailiyyətlər əldə olunub”

“Ölkəmiz aparılan düzgün, məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi göstəricilərinə görə dünyada aparıcı yerlərdən birini tutur. Son 15 ildə bütün sahələrdə, xüsusən də iqtisadiyyatda böyük nailiyyətlər əldə olunub”. Bunu SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu yaxınlarda keçrilən Nazirlər Kabinetinin iclasında da Cənab Prezidentimiz qeyd etdi ki, qəbul edilən regionların sosial iqtisadi inkişafına dair dövlət proqramları, eləcədə digər iqtisadi dövlət proqramlarının hamısı yüksək səviyyədə həyata keçirilibdir və indi yeni mərhələdə, yeni proqramlar qəbul olunacaq: “Azərbaycanda elə bir sahə yoxdur ki, orada ən yüksək nailiyyətlər əldə olunmasın. İşsizliyin ən aşağı həddə düşməsi misal gətirilə bilər və qeyd etmək lazımdır ki, dünya ölkələrində işsizliyin ən aşağı səviyyəsi nə qədərdirsə, Azərbaycanda da o səviyyədədir. Yoxsulluq göstəricisi hazırda 4 faisdən də aşağıdır. Ümumiyyətlə yoxsulluq və işsizlik son 9 ayda əhəmiyyətli dərəcədə azalıb. Yəni demək istəyirəm ki, Azərbaycanda işsizliyin aşağı olması, iqtisadi sahədə əhəmiyyətli dərəcədə uğurlar, əhalinin sosial-rifah halının yaxşılaşması dünyanın inkişaf etmiş ölkələri ilə bərabər sırada olmasını şərtləndirən amillərsəndir. Bu uğurlar, nailiyyətlər ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı müdrik siyasətinin nəticəsidir. Düntya İqtisadi Formuda bu nəticələri əsas götürərək Azərbaycanı açıqladığı hesabatında öndə olan dövlətlərdən biri kimi qeyd edib”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə