“Bu göstəricilər növbəti illərdə daha da yüksələcək” AÇIQLAMA

“Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artırılması, şaxələndirilməsi və neft amilindən asılılığının aradan qaldırılması məqsədilə həyata keçirilən islahatlar artıq bəhrəsini verməkdədir və bu proses yaxın gələcəkdə daha da hiss olunacaq”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişafa nail olmaq üçün ölkə başçısı tərəfindən üç dövrü əhatə edən "Strateji Yol Xəritəsi" təsdiqlənib: “Kiçik və orta biznesin inkişafı üçün münbit şərait yaradıldı, ölkəmizdə müasir sənayeləşmə prosesi genişləndi və əhalinin yeni iş yerləri əldə etməsi üçün imkanlar yaradıldı. Struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar həyata keçirildi, Azərbaycan yeni iri transmilli layihələrin əsasını qoyaraq nəinki regionda, eləcədə Avrasiya məkanında iqtisadi manevr imkanlarını genişləndirdi. Digər tərəfdən vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilərək bütün sahələrdə şəffaflıq və effektiv idarəetmə təmin edildi. Ölkəmizin tranzit imkanlarından, mövcud təbii geopolitik məqamdan tam gücü ilə istifadə olunması düzgün qiymətləndirildi və Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildi. Avropa ilə Asiyanı birləşdirən tarixi ipək yolunun imkanları realizə olunmaqla Azərbaycan mühüm nəqliyyat qovşağına çevrildi və əlbətdə bu da ölkəmizə yeni iqtisadi dividentlərin gətirilməsi deməkdir. Azərbaycan qazının Avropa bazarlarına çatdırılması istiqamətində qurulan nəhəng layihələri xüsusilə qeyd etmək lazımdır. Cənab Prezidentimiz İlham Əliyevin memarı olduğu və gələcəyə hesablanmış uzunmüddətli və strateji uğurlar vəd edən iqtisadi layihələr təbii ki, ölkəmizin həm iqtisadi gücünü artırır, həm siyasi nüfuzünü, önəmini ortaya qoyur. Artıq demək olar ki, iqtisadiyyatın şaxələndirilməsi prosesi tam başa çatmışdır. Bunun nəticəsidir ki, ölkəmizin ümümdaxili məhsulunun 70 faizindən çoxunu qeyri-neft sektorundan gələn gəlirlər təşkil edir. İxracın şaxələndirilməsi prosesi də uğurla həyata keçirilir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan faktiki olaraq müharibə şəraitində yaşayır və milli gəlirlərimizin əhəmiyyətli hissəsi hərbi sənaye kompleksinin genişlənməsinə, ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə, doğma yurd-yuvalarından didərgin düşmüş həssas bir təbəqənin sosial şəraitinin yaxşılaşdırılmasına yönləndirilir. Bütün bunlar nə qədər iqtisadiyyatımıza əlavə yük olsa da, dünyada gedən qlobal iqtisadi böhranın təsirləri fonunda milli iqtisadiyyatda əsaslı irəliləyiş özünü göstərir. Artıq hamı başa düşür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi qarşıda daha ciddi uğurların qazanılmasına nail olacağıq. Qəbul olunmuş məqsədli proqramlar, iqtisadi uğurlara aparacaq Təbii ki, birmənalı olaraq Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının Azərbaycanın iqtisadi göstəricilərini ən yüksək formada qiymətləndirməsi də təsadüf deyil, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində məntiqli, düşünülmüş şəkildə həyata keçirilən islahatların göstəricisi deməkdir və əminəm ki, bu göstəricilər növbəti illərdə daha da yüksələcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə