Bəhruz Quliyev: "Ulu Öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı" ÖZƏL-ŞƏRH - VİDEO

“Müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi, müstəqilliyimiz böyük təhlükə altında idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşmışdı, ölkədə özbaşınalıq, xaos hökm sürürdü, Bakıda küçəyə çıxmaq mümkün deyildi". Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Media Qrupun rəhbərinin sözlərinə görə, o zaman Azərbaycan xalqına bir lider lazım idi: “Bu səbəbdən 1992-ci il 16 oktyabrda 91 Azərbaycan ziyalısı “SƏS” qəzeti vasitəsilə müstəqilliyi qorumaq üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalq özünə bir lider istəyirdi. Heydər Əliyev xalqın qəlbində idi. Hamı bilirdi ki, Azərbaycanı Heydər Əliyevdən başqa heç kim xilas edə bilməyəcək. Ümummilli Lider Heydər Əliyev “SƏS” qəzeti vasitəsilə Azəbaycanın xilas olması konsepsiyasını təqdim etdi və orada hökumətin atmalı olduğu addımları, çıxış yollarını göstərdi. Mən bunu Azərbaycanın "xilas konsepsiyası" adlandırardım. O zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdi. Məhz Ulu Öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, ölkəmizi bütün bəlalardan xilas oldu. O zaman Azərbaycanı Lider-xalq sevgisi xilas etdi, bu gün də ölkəmizin möhkəmlənməsinə, inkişafına xidmət edir”.

Bəhruz Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev Ümummilli Lider tərəfindən qoyulan yolu uğurla davam etdirir: “Cənab Prezidentin 15 illik fəaliyyəti göstərdi ki, O, Ulu Öndərin ən layiqli davamçısıdır. Bu gün cənab Prezidenti xalq sevir və bütün seçkilərdə də sübut edib ki, İlham Əliyevə etimad göstərir, onun siyasətini dəstəkləyir. Cənab Prezidentin bütün siyasətinin mərkəzində insan amili, vətəndaş amili dayanır, xarici siyasətdə isə dövlət marağı, xalq marağı dayanır. Müstəqilliyimiz bizim milli sərvətimizdir, onu göz bəbəyimiz kimi qorumalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə