““Milli Şura” daxilində ziddiyyətlər davam etməkdədir” AÇIQLAMA

"Müxalifət düşərgəsində təmsil olunanlar arasında mübarizənin kəskinləşməsinin və getdikcə açıq xarakter almasının əsas səbəbi müxalifət liderliyinə onların əsassız iddialarından qaynaqlanır". Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev deyib.

Onun sözlərinə görə, “Milli Şura” daxilində ziddiyyətlər, daxili qarşıdurmalar həmin qurumun təsis olunmasından bəri davam etməkdədir: "Zaman-zaman bu ziddiyyətlərdə nisbi səngimələr müşahidə edilsə də, liderlik ehtirasları, müxalifətçiliyi monopoliyalarına çevirmək istəkləri onların hər hansı ideoloji və ümumi maraqlar ətrafında birləşməsinə, elan edilən ittifaqın davamlılığına və onun dayanıqlı olmasına imkan verməyib. Bölə bilmədikləri maraqlar, xüsusi ilə də ayrılan maliyyə vəsaitinin bölünməsində qarşıdurmalar yarandığından AXCP, Müsavat və digər partiya funksionerləri bir-birinə düşmən kəsiliblər. Bundan sonra da bunun belə davam edəcəyi daha çox ehtimal olunandır. Çünki, müxalifətin pərakəndə və təsirsiz qüvvəyə çevrilməsinə səbəbləri hələ də mövcud olmaqda, şəxsi və qrup mənafeyi hər şeydən üstün tutulmaqda davam edilməkdədir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə