SDİ rəhbəri digər etiraflarını da edəcəkmi?

Sülh və Demokratiya İnstitunun (SDİ) Hollandiyada yaşayan rəhbəri Leyla Yunus bu dəfə özü-özünü ifşa edib. Məslə ondadır ki, hazırkı vaxta qədər “siyasi məhbus” siyahılarını tərtib edərkən, guya bunu rüşvət və pul müqabilində etmədiyini car çəkən SDİ rəhbəri əslində, həmin iddiasının doğru olmadığını dolayısı ilə etiraf edib. Belə ki, SİA-nın verdiyi məlumata görə, Rusiyada dərc edilən “Nastoyaşeye vremya” qəzetinə Azərbaycanda “siyasi məhbusların” olduğunu iddia edən L.Yunus öz açıqlamasında o deyib ki, Bakı həbsxanalarındakı “siyasi məhbuslar” tez-tez onun holland nömrəsinə zəng edib, situasiyanı danışırlar: “Biz, “siyasi məhbus” siyahılarında bütün informasiyaları toplayırıq. Hazırda mənim holland nömrəmə Bakının islah-əmək müəssisələrindən mütəmadi olaraq, birbaşa zənglər edirlər ki, vəziyyət barədə danışsınlar”.

Bütün bunlar bilavasitə L.Yunus tərəfindən etiraf edilirsə, “siyasi məhbus” adlandırdığı fərdlər hansı “narazılıqlardan” çıxış edirlər?

Məhz bu ifadələrdən açıq-aydın görünür ki, əslində, Rusiya jurnalistlərinin ona ünvanladığı sualdan vəcdə gələn SDİ rəhbəri anidən cavab orientasiyasını itirib və həqiqəti etiraf edib. Daha doğrusu, “siyasi məhbus” siyahılarına ad və soyadları əlavə etmək üçün dustaqlarla telefon danışıqları apararaq, onlarla qiymətləşib!

Ümumiyyətlə, L.Yunusun bu sözləri ətrafında belə bir sual yaranır: “Siyasi məhbuslar” üçün heç bir şəraitin yaradılmadığı, guya onların “əziyyət” çəkdikləri barədə hay-həşir salan SDİ rəhbəri izah edə bilərmi ki, əgər şərait yoxdursa, ona Bkıdan necə zənglər edilir? Yaxud, həbsxanalarda dustaqlarla “qeyri-insani” davranılırsa, bu zaman onlara telefonla danışmaq, özü də Hollandiyaya zəng etmək imkanı necə yaranır? Ümumiyyətlə, dünyanın harasında dustaqlara bu qədər şərait təşkil olunur? Bütün bunlar bilavasitə L.Yunus tərəfindən etiraf edilirsə, “siyasi məhbus” adlandırdığı fərdlər hansı “narazılıqlardan” çıxış edirlər?

Bilən-bilir ki, SDİ rəhbəri bütün bu vəsaitləri bilavasitə “siyasi məhbus” predmeti, biznesi vasitəsi ilə qazanıb

Və ya digər bir məsələni SDİ rəhbərinə sual olaraq ünvanlaya bilərik. Bəlkə siz yalan deyirsiniz, Leyla Yunus? Belə ola bilməzmi? Rusiyalı jurnalistlər qarşısında öz çəkinizi artırmaq üçün yalan da danışa bilməzsinizmi?

Fakt budur ki, yalan danışsa da, danışmasa da, bu qondarma hüquq müdafiəçisi hələ də xaricdəki villalarını, yüz minlərlə valyutalara malik olmasını necə, hansı üsullarla əldə etməsi barədə bir dəfə də olsun hesabat olaraq təqdim etməyib. Təqdim etməsə belə, bilən-bilir ki, SDİ rəhbəri bütün bu vəsaitləri bilavasitə “siyasi məhbus” predmeti, biznesi vasitəsi ilə qazanıb. O, yaxşı olardı ki, bu etirafını da etsin. Zatən, rusiyalı jurnalistlərinin suallarını cavablandırarkən, digər etirafını etdi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə