Tramp nüfuzunu aşağı salan təhlükəni açıqlayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz dərəcəsinin artırılması ilə bağlı həyata keçirilən siyasət onun prezident kimi uğuruna əsas təhlükədir. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Onun sözlərinə görə, FED tərəfindən faiz dərəcələrinin tez-tez artırılması onun uğuruna kölgə salır.

ABŞ-da mərkəzi bankın funksiyalarını yerinə yetirən FED-in müstəqil bir quruluş olduğunu deyən Tramp onun üzərində heç bir təzyiq imkanına malik olmadığını bildirib.

Tramp həmçinin bildirib ki, bu məsələdə heç kimi günahkar hesab edə bilməz. Çünki, FED-ə rəhbər şəxslər onun tərəfindən təyin olunub. O təyin etdiyi bəzi şəxslərlə bağlı məyus olduğunu da açıqlayıb.

Amerika lideri dəfələrlə FED-in faiz dərəcəsini yüksəltməsini tənqid edərək bu addımın iqtisadi inkişafa mane olacağını bildirib.

ABŞ prezidenti nadir addım ataraq, seçildiyi ilk günlərdə FED-in rəhbərini dəyişərək Janet Yellenin əvəzinə, Jerome Powelli idarə heyətinin sədri təyin edib.

Qeyd edək ki, Amerika Mərkəzi Bankı sentyabr ayında faiz dərəcələrini yüksəltmişdi, iqtisadi təhlükə görməyən FED yaxın zamanda artımla bağlı daha bir addım atacağını planlaşdırır.

Bundan əlavə, FED hazırda iki əsas hədə üzərində mübarizə aparır. Onlardan biri inflyasiyanı saxlamaq və məşğulluğu artırmaqdır.

İnflyasiya indi iki faiz hədəfini bir az daha üstələyir, işsizlik isə yüzdə 3,7 - demək olar ki yarım əsrdə ən aşağı səviyyədədir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, hazırda ABŞ-da inflyasiya hədəfdən iki faiz çox, işsizliyin səviyyəsi 3.7 faizdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə