Azərbaycan QDİƏTPM-nin komitə iclasında

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquq və Siyasi məsələlər üzrə komitəsinin 52-ci iclasında iştirak etmək üçün Yunanıstana səfərə gedib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Kavala şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsi barədə müzakirələr aparılacaq, bununla əlaqədar nümayəndə heyətlərinin təklifləri dinləniləcək.

Qeyd edək ki, səfər oktyabrın 19-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə