Yerevanla “Artsax”ın münasibətləri tamamilə pozulur QARABAĞDA GƏRGİNLİK

Aleksandr Kananyan: "Yerevanın təxribat, ya da sabotaj etməsi barədə fikirlər səsləndirilir"

""Artsax" hakimiyyəti Serj Sarkisyanın antidövlətçi qırıntısıdır". SİA xbər verir ki, bu fikirləri 1in.am saytına erməni politoloqu Aleksandr Kananyan deyib. Onun sözlərinə görə, məhz son aylarda "inqilabın" təsirlərindən özünə gəlməyə çalışan "DQR" hakimiyyəti aldığı zərbələrdən sonra özünə gəlməyə çalışır və "Artsax" əksinqilab dirənişi etməyə cəhd göstərir.

Kananyan onu da qeyd edib ki, hazırda "Artsaxın" təhlükəsizlik xidməti məktəblərə gedərək, Paşinyanın adını, ümumiyyətlə, "inqilab" ifadəsinin işlədilməsini qadağa edir: "Bu cür narahatedici faktlar və insanların şahidlikləri var".

Erməni politoloqu Yerevanın "Stepanakert" (Xankəndi-red.) üzərində hərbi təhlükəsizliyi nəzarətə götürməli olduğunu deyərək, Serj Sarkisyana yaxın adamları ifşa etməyə çağırıb. Nikol Paşinyanın hələ də bu addıma getmədiyinə diqqət çəkən Aleksandr Kananyan onun LevonTer- Petrosyanın oyununu oynadığını bildirib: "Təəssüf ki, Yerevan "Artsaxı" müstəqil dövlət kimi görür və eynilə Levon Ter-Petrosyanın oyununu oynayır. Bu, Ermənistanın təhlükəsizliyi üçün yolverilməzdir".

Kananyan belə hesab edir ki, "DQR"də daha çox təsir göstərən tərəf Daşnaksyutun partiyasıdır və daşnaklar Yerevanda baş verən siyasi dəyişikliyə qarşı ən kirli və dözümsüz çıxışlar edir, antierməni ritorikası nümayiş etdirir. "Hətta o dərəcədə ki, Yerevanın təxribat, ya da sabotaj etməsi barədə fikirlər səsləndirilir", deyən erməni politoloquna görə, burada əsas personajlardan biri də David İşxanyandır: "Onlar daxili hakimiyyətlərindən və həmin hakimiyyətlərinin qorunması məsələsindən narahatdırlar, belə ki, həmin tərəflər "Arsax"ı "müstəqil ölkə" olaraq sanırlar. Əsas narahatlıqları isə budur ki, onlar 2020-ci ildə keçiriləcək "seçkilərdən" sonra iqtisadi və administrativ mümkünlüklərindən istifadə edərək, "Artsax"ın talan olunmasında, davam edəcəklər, ya yox..."

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə