“Əli Kərimli və Cəmil Həsənli kobud səhvlərə yol verilər” AÇIQLAMA

Son günlərin siyasi arenada diqqət çəkən mövzularından bir də, hazırda İngiltərədə blogerliklə məşğul olan və arada bir müxalifətin müxtəlif simasızları haqqında “maraqlı” vidiolar paylaşan Qurban Məmmədovun AXCP sədri Əli Kərimlinin qəzəbinə tuş gəlməsi və ötən həftə onun “Milli Şura” üzvlüyündən xaric olunmasıdır. Bütün bunlar bir daha “Milli Şura”nın əsas qisasçı dəstəsinin rəhbərinin Ə.Kərimli olduğunu təsdiqləyir. Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli bizimlə söhbətində “Milli Şura” da baş verənlərin ciddi fəsadlar yaradacağını və az müddət sonra qurumun dağılacağını söylədi: “Ümumiyyətlə, siyasi münasibətlərdə tolerantlıq çox böyük və vacib göstəricidir. Əgər siyasi partiyaların daxilində və siyasi partiyalararası yaradılmış qurumlarda bu tolerantlıq gözlənilməzsə hər hansı bir irəliləyişin olması çətindir. Bu həm də siyasi mədəniyyət nümunəsidir. Əgər siyasi qurumlarda fərqli fikirlər söyləyən şəxs varsa ona diqqətlə qulaq asılmalıdır və dediyi həqiqətlər nəzərə alınmalıdır. İnkişafda fərqli fikirlərin mövcud olduğu yerdə gedir. Əgər fərqli fikirlər bəri başdan susdurulursa o qurumlarda inkişaf ola bilməz. Bu baxımdan da, düşünürəm ki, Qurban Məmmədovun “Milli Şura”dan çıxarılması tələskən verilmiş qərardan başqa bir şey deyil. Buna görə də, bu amil “Milli Şura” ya növbəti mənfi münasibət gətirəcək. Ə.Kərimli və Cəmil Həsənli kobud səhvlərə yol verilər. Onlar düşünülməz addımları ilə “Milli Şura”nı avtoritarlığa sürükləyirlər”.

“Sizcə, Qurban Məmmədov Əli Kərimliyə və Cəmil Həsənliyə qarşı yaydığı ittihamlarını bir qədərdə genişləndirəcək” sualına cavab olaraq, M.Rəhimli bildirdi ki, müxalifət liderlərinin bir-birinə qarşı ittiham irəli sürməsi pislənilməlidir: “Qarşılıqlı ittihamlar hansı sabir problemi həll etmir. İkinci bir tərəfdən də ictimai fikir bu cür tənqidlərin və təhqirlərin ünvanlarını qınayır. Bu cür mövqe sərgiləyənlər sifariş yerinə yetirirmiş olurlar. Müstəqil mövqeli, sağlam siyasət yürüdən şəxs və partiya liderləri ittiham xarakterli siyasətdən uzaq olar. Onları üz-üzə qoyan bölə bilmədikləri maraqlarıdır Ona görə də, siyasi liderlər bəzən öz aralarında bu cür konflikdə gedirlər və kiminsə məğlub olmasını və yaxudda kiminsə qələbə qazanması kimi bir hallarla rastlaşdırılır. Əslində siyasi liderlər arasında bu cür konfliktlərin olması yaxşı bir şey deyil. Qarşılıqlı ittihamlar və bir-birini kimlərəsə işləməkdə suçlamaq, təhqir etmək yolverilməzdir”.

“Ümumiyyətlə, xaricdəki, mühacir azərbaycanlılar daxildə ki, dağıdıcı müxalif qruplara müəyyən formada işləyir və onların sifarişlərini yerinə yetirirlər. Sizcə qarşılığında xaricidə ki, mühacirlər nə qazanırlar” sualına cavab olaraq M.Rəhimli bildirdi ki, xaricdə ki, həmin mühacirlər ölkə daxildə kimlərinsə sifarişlərini yerinə yetirrlər: “Yaxşı olardı ki, onlar bu cür addımlar atmasınlar. Çünki onlar tərəfindən atılan hər bir addım Azərbaycan haqqında xaricilərin fikrinin formalaşmasına təsir göstərir. Ona görə də, belə hərəkətlər pislənilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə