AXCP və REAL sədrləri Ermənistan parlamentində deputat olacaqlar TƏRS BAXIŞ

Və ya erməni siyasətini Azərbaycana “transfer” etmək üçün bu qədərmi alçalmaq lazımdır?

Ermənistanda cərəyan edən hadisələrdən necə deyərlər, həvəsə gələn radikal düşərgə “liderləri” indi də Nikol Paşinyanın digər addımlarından özlərinə örnək götürməyə cəhd göstərirlər. Məsələ ondadır ki, hələ bu ilin yazından, Ermənistanda Nikol tərəfindən başladılan “məxməri inqilab” da AXCP, Müsavat, REAL və s. kimi siyasi müxalif təşkilatları cuşa gətimişdi. Hətta bu kimi olayların ölkəmizdə də “baş verə bilməsi ehtimalından” dəm vurub, utopik xəyallara dalan radikallar az qala, Paşinyanı özlərinə müəllim kimi seçmişdilər. Əslində, burada hər hansı bir təəccüblü məsələ yoxdur. Çünki biz, bu kimi köhnə və naftalin qoxusu verən “müxalifətin” Gürcüstan, Qırğızıstan, Ukrayna timsalından da çıxış etdiklərini görmüşük. Sadəcə, onların xam xəyalları heç bir “inqilabın” baş verməsi ilə reallaşmamış qaldı.

Sevin Osmanqızının sifariş əsaslı təxribatçılığı və sabotajı!

Bu gün isə, artıq Avropada müxtəlif anti-Azərbaycan qüvvələrinə işləyənlər növbəti sifarişlərini alıblar. Onlardan biri də Sevinc Osmanqızının internet üzərindən çıxdığı canlı yayım vasitəsi ilə “növbədənkənar parlament seçkiləri” ətrafında süni ajiotaj yaratmaq cəhdlərdir. O da əbəs deyil ki, sözügedən gərəksiz mövzusunda onun qonaqları AXCP sədri Əli Kərimli ilə REAL partiyasının sədri İlqar Məmmədov olub. Söz yox ki, parlamentimizin 100-cü ildönümünü əllərində bayraq tutaraq, mövcud demokratik parlamentin “dəyişdirilməsi” məsələsi üzərində manipulyasiya edən bu tiplər əsas olaraq, ictimai rəydə çaşqınlıq yaratmağa səy göstəriblər.

Bu parlamentdə Əli Kərimli də, Cəmil Həsənli də deputat kürsüsündə oturublar

Yeri gəlmişkən, bu gün ölkə parlamentini bəyənməyən AXCP sədri Əli Kərimli orada deputat kimi fəaliyyət göstərib və bu gün onun həmin parlamenti özünəməxsus tərzdə “qeyri-legitim” hesab etməsi ümumiyyətlə, heç bir məntiqə sığmır. Eləcə də onun siyasi kuklası, “Milli Şura”nın sədri Cəmil Həsınli də parlamentdə deputat kürsüsündə oturub və həmin vaxtlar Ə.Kərimlinin sağına da, soluna da “baltalar” vururdu. Bütün bunlar isə, ilk öncə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu gün xarici ağaları qarşısında açıq-aşkar nökərçilik edənlər bu dəfə də erməni maraqlarından, Ermənistanın mövcud hakimiyyətinin siyasətindən bəhrələnməyə çalışırlar. Yəni, bilavasitə erməniçiliyin əsasında çıxışlar edirlər.

İlqar Məmmədov bir vaxtlar “DQR”in danışıqlarda iştirakından dəm vururdu, eynilə Nikol Paşinyan kimi...

REAL sədri İlqar Məmmədova gələndə isə, bu fərdin dəfələrlə erməni marağından çıxış etməsinin şahidləri olmuşuq. Hələ azadlıqda olarkən, o guya “müasir siyasət tandemindən” çıxış edərək, məhz Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həllolunması istiqamətində aparılan müzakirələrdə “DQR”in danışıqlar masasına oturması təklifini səsləndirmişdi. Əgər o da bu gün Ermənistanda baş verən siyasi böhrandan və Paşinyanın növbədənkənar seçkilər keçirməyindən danışırsa, daha dəqiq desək, bu siyasi məsələnin Azərbaycana keçid etməsini arzulayırsa, demək ki, ortada gizli heç nə qalmır – onlar ermənilərin siyasətini dəstəkləyir və ermənilərin siyasi maraqlarını ölkəmizə idxal etməyə çalışırlar!

Sevinc Osmanqızının cavab verən sualları...

Daha bir maraqlı nüans budur ki, Sevinc Osmanqızının verdiyi sualların hər biri bilavasitə cavab xarakterlidir. Təkcə, həmin suallara nəzər salaq.

“Azərbaycanda növbədənkənar parlament seçkiləri olmalıdırmı”, yaxud “bunu istəyən və istəməyənlər kimlərdir”, ya da “Azərbaycanda ədalətli və azad parlament seçkiləri keçirmək mümkündürmü”, və ya “parlamentin yaradılmasının 100 illiyini biz necə parlamentdə qeyd edəcəyik”, və bu kimi təxribatçı xarakterli, sabotajı sualların pik həddi, “Bu parlamenti əvəz etmək üçün nə lazımdır”...

Göründüyü kimi, hər bir sualın kökündə dövlətçilik maraqlarımıza qarşı çağırışlar var. Bu suallar isə birbaşa İlqar Məmmədov və Əli Kərimli kimi satqınlara verilir, özü də Sevinc Osmanqızı tərəfindən. Yəni ortada qaranlıq məqam qalmır.

Onların yeri Paşinyanlı Ermənistan vətəndaşlığıdır!

Beləliklə, fakt budur ki, illərdir dövlətin apardığı çoxşaxəli və uğurlu siyasətinə qarşı siyasi dəllallıq edənlər indi də Paşinyan amilindən siyasi vəcdə, ya da şəhvətə gəliblər. Bu şəhvətlərini öldürmək üçün isə, bu cür siyasi fahişəliklərə əl ataraq, elə özləri də özlərini ifşa edirlər. Hər halda, daha yaxşı olardı ki, belələri uzağı dekabr ayına qədər Azərbaycan vətəndaşlığından imtina edib, Paşinyanlı Ermənistan vətəndaşlığı üçün müraciət etsinlər və istədikləri qədər “demokratik” erməni parlamentində seçkilərə qatılıb, deputat seçilsinlər. Onların yeganə çıxış yolları da məhz budur!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə