Deputat: "Dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var" İRAD

“Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə Dağlıq Qarabağın qayıdışına inanırsınızmı kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.

Deputat sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır

Bütün xəbərlər Facebook səhifəmizdə