"MSK üzvlərinə diplomatik pasportların verilməsi təklifi araşdırılır"

Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportların verilməsi təklifi araşdırılır”. SİA-nın xəbərinə görə, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zamanı çıxışında deyib.

Komitə sədri qeyd edib ki, bu barədə qanunvericilik subyekti ilə danışıqlar aparılır: “Hazırda bu məsələyə baxılır. Əgər təkliflər qəbul edilərsə, biz MSK üzvlərinə də diplomatik pasportlar verilməsi məsələsinə baxarıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə