"Belə getsə, kofe, çay yerini bağlamalı olacağıq" İRAD

Milli Məclisin bu gün keçirilən pleanar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermədə yetərsəy olmayıb. SİA-nın xəbərinə görə, deputatların yalnız 79-u səsvermədə iştirak edib.

Buna görə deputatlara irad bildirən spiker Oqtay Əsədov deyib: “Deyəsən, kofe, çay yerini bağlamalı olacağıq. Onsuz da çoxlarının paxıllığı tutur. Amma belə getsə həqiqtən də bağlanacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə