Oqtay Əsədov təkliflə çıxış etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib. SİA-nın xəbərinə görə, deputatların şəhid ailələrinin müavinətlərlə bağlı çoxsaylı müraciətləri ilə bağlı fikirlərindən sonra çıxış edən spiker O.Əsədov məsələ həll edilməsinin vacibliyini qeyd edib

O deyib: "Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə