Ramzan Kadırovdan Paşinyan və Makrona RƏQS TƏFLİFİ

Çeçenistan prezidenti Ramzan Kadırov Ermənistanda keçirilmiş Frankofoniya sammiti çərçivəsində təşkil olunmuş ziyafətdə rəqs edən baş nazir Nikol Paşinyanla Fransanın dövlət başçısı Emmanuel Makronun “erməni rəqslərini” ələ salan açıqlama ilə çıxış edib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, çeçenlərin lideri onları Qroznıya rəqs müsabiqəsində iştiraka dəvət edib. “Nəyə görə mən bu mövzuya toxundum? Gördüm ki, Paşinyan və Makron qafqaz xalqlarına aid rəqsi rəqsi eyni takt və ritmlə oynayırdılar”, deyə qeyd edən Kadırov etdiyi təşəbbüsünün tanınmış siyasətçilər və ictimai xadimlər tərəfindən dəstəklənəcəyinə ümid etdiyini telegramda yazıb.

Xatırladaq ki, ötən gün Qroznıda tanınmış rəqqas Mahmud Esambayevin xatirəsinə həsr olunmuş beynəlxalq rəqs konkursuna start verilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə