Rusiya İrana ABŞ sanksiyalarını dəf etməyə kömək edəcək

Rusiya İrana ABŞ sanksiyalarının əvəzlənməsi üçün mexanizm yaratmaqda kömək edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin gizli sənədinə istinadən məlumat verilib.

Mexanizmin sentyabrın 7-də Tehranda keçirilən üçtərəfli sammitdə Rusiya, İran və Türkiyə ölkə rəhbərləri tərəfindən təsdiqləndiyi bildirilir.

Məqalənin müəllifi Dana Weiss öz "Twitter" hesabında yazır ki, İran Xəzər dənizi vastiəsilə öz neftini Rusiya neft emalı zavodlarına tədarük edəcək və daha sonra bu neft Rusiya adı ilə beynəlxalq bazarlara göndəriləcək.

Bundan əlavə, jurnalist yeni mexanizminin İranla nüvə razılaşmasını saxlamaq istəyən Avropa ölkələri tərəfindən də dəstəklənəcəyini bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə