“Siyasi mübarizəyə qoşulmaq Koçaryanla Sarkisyanın son nəfəsliyidir” MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, işğalçı ölkənin baş naziri Paşinyan oktyabrın 16-da istefa verə biləcəyini bəyan edib. Sizcə, Paşinyan istefa verməklə hansısa siyasi bir maraqlarının həyata keçirməsini planlaşdırırmı?

- Paşinyanın istefa verəcəyi bəyan edilməsində yeni planları var. O istəyir ki, parlamenti sarkisyanlardan, koçaryanlardan təmizləsin. İndiki halda isə Paşinyan sadəcə baş nazirdir. Qanunla idarəetmə hakimiyyəti onda olsa da bu gün demək olar ki, ölkəni idarə edə bilmir. Hər hansı bir hərəkət etmək istəyəndə parlamentdə və dövlət strukturlarında çoxluq təşkil edən Sarkisyanın tərəfdarları mane olurlar. Sarkisyanın tərəfdarları çalışırlar ki, Paşinyan ölkəni idarə edə bilməsin, hörmətdən düşsün və ləkələsin. Amma onu da qeyd etmək lazımdır ki, Paşinyan xalqın dəstəyi ilə hakimiyyətə gəlmişdir və bir çətinlik yaranan kimi xalqa müraciət edir, onları küçələrə çıxarır. Belə olan halda da Sakisyan tərəfdarları geri çəkilərək pis duruma düşürlər. Paşinyan çox ümidlidir ki, istefa verəndən sonra yenidən parlament seçkilərində iştirak etsin və bir daha Sarkisyan tərəfdarlarına sərt yumruq göstərsin. Sadə ermənilər isə çaş-baş vəziyyətdədirlər. Onlar bilirlər ki, Sarkisyan və Koçaryanın dəstəkləsələr bu Ermənistanın ölümü deməkdir. Ona görə də məcburdurlar ki, yenidən Paşinyanı dəstəkləsinlər. Paşinyan da buna arxayındır və yenidən hakimiyyətin idarə edilməsini ələ alaraq daha sərt idarəetməyə keçsin.

- Hakimiyyətə iddialı olan Koçaryan və Sarkisyan Paşinyanı əvəz etmək üçün hərəkətə keçəcəklərini demək mümkündürmü?

- Təbii mümkündür. Koçaryan və Sarkisyan gecə gündüz çalışır ki, hakimiyyətə yenidən qayıtsınlar, mövqelərini möhkəmləndirib, köhnə qaydada sadə ermənilərin qanını içməkdə davam etsinlər. Düşünürəm ki, bu bir daha mükün olmayacaq. Çünki, Yerevan erməniləri Dağlıq Qarabağ ermənilərinə nifrət edirlər, özbaşınalıqlarından, qurduqları hərbi xunta rejimindən cana gəliblər və düşünmürəm ki, bir daha onları dəstəkləsinlər. Amma Koçaryan və Sarkisyan son nəfəsliyi yenidən siyasi mübarizəyə qoşulmaqda görürlər.

- Tərəflər arası qarşıdurma Ermənistanda növbəti iğtişaşların qarşıdurmaların yaranmasına gətirib çıxara bilərmi?

- Düşünürəm ki, tərəflər arası qarşıdurma ancaq siyasi meydanda baş verə bilər. Seçkilərdə Paşinyanın qalib gələcəyi ehtimalı daha böyükdür. Paşinyan yenidən hakimiyyətə qayıtdlqdan sonra qısa bir vaxtda Ermənistanda siyasi sabitlik yarana bilər. Bu ancaq 1-2 ay davam edə bilər. Sonra yenidən qarşıdurmalar və hakimiyyət çevrilişləri mümkündür ki, bunlar da Ermənistanın sonuna yaxınlaşmanı sürətləndirəcəkdir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...