“İnqilab romantizmi mütləq inqilabçılığın əksinə çevriləcək”

“Dekabrda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri Nikol Paşinyanın şəxsi qələbəsi, lakin dövlətçiliyin ciddi məğlubiyyəti olacaq”. SİA xəbər verir ki, bu barədə ölkəsinin ikinci prezidenti Robert Koçaryan Bloomberg-ə müsahibəsində deyib.

Koçaryan digər maraqlı iddiada da bulunaraq bildirib: “Unutmaq lazım deyil ki, baş nazir 1 mart 2008-ci il hadisələrinin əsas iştirakçılarından olub və bu qarşıdurmalara təşkilatçılıq edib. “Özünə daha rahat kontekstdə siyasi hesablaşmaların aparılması və tarixi yenidən yazmaq cəhdləri, ümumiyyətlə, Nikol Paşinyanın motivasiyası burada açıq-aydın görünür. Mənim məqsədim-bu balansın bərpa olunmasına fəal kömək etməkdir”.

“Paşinyanda mənim şəxsiyyətimə qarşı presonal nifrət yaranıb”

Robert Koçaryanın sözlərinə görə, onun Nikol Paşinyanla şəxsi tanışlığı yoxdur. “Düşünürəm ki, onda mənim şəxsiyyətimə qarşı presonal nifrət yaranıb ki, bu da ilk növbədə müxtəlif dövlət institutlarının, xüsusilə hüquq-mühafizə orqanlarının mənə qarşı yönəlmiş fəaliyyətlərində əks olunur”, deyə Ermənistanın ikinci prezidenti bildirib. O. həmçinin deyib ki, parlament seçkilərinin yardımı ilə bir siyasi monopoliya digəri ilə əvəzlənəcək: “Nikol Paşinyanın partiyası formalaşdırılmayıb və aydın deyil ki, bu partiya hansı vasitə ilə ağır dövlət idarəçiliyinə cavabdehlik daşıyacaq. Bununla yanaşı, görünən budur ki, onlar peşəkarları cəlb etmirlər. Bu inqilab romantizmi mütləq inqilabçılığın əks tərəfinə çevriləcək”.

Eks-prezident Qarabağ münaqişəsi məsələsinə də toxunub və bundan narahat olduğunu bildirib. “Məni narahat edən əlbəttə ki, Qarabağ məsələsinin həllidir, çünki münaqişənin bərpası ehtimalı yüksəkdir. Unutmaq olmaz ki, vəziyyət sadəcə dondurulub və təmas xətlərində hələ də sakitlik deyil”, Koçaryan müsahibəsində bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə