Tramp: "Çin Rusiyaya nisbətən ABŞ üçün daha ciddi təhdiddir"

Amerika prezidenti Donal Tramp Çinin Rusiyaya nisbətən ABŞ üçün daha ciddi təhdid olduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı jurnalistin sualına cavar verən Tramp deyib: "Rusiya müdaxilə etmişdi, lakin Çinin də müdaxilə etdiyini düşünrəm. Mən Çinin daha böyük problem olduğunu düşünürəm".

Eyni zamanda Tramp seçkilərdə Rusiya ilə əlbir olması ilə bağlı iddiları rədd edib. "Siz hesab edirsiniz ki, mən Rusiyaya zəng edib mənə seçkilərdə yardım etmələrini xahiş edə bilərəm? Bu sadəcə gülüncdür",- deyə ABŞ lideri Rusiyanın bu işdə ona kömək edəcəyinə şübhə ilə yanaşdığını dilə gətirib.

Qeyd edək ki, ABŞ Konqresində Donald Trampun prezident seçkilərində qələbə qazanmasında "Rusiyanın müdaxiləsi" ilə bağlı araşdırma aparılır. Zaman-zaman Amerika mətbuatında Trampın seçki kampaniyası zamanı rusiyalı iş adamları və biznesmenləri ilə daim əlaqədə olması ilə bağlı informasiyalar yayılır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələyə münsaibət bildirərək bununla bağlı heç bir dəlil olmadığını açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə