"Ermənistan fürsətdən yararlanmağa çalışır" ÖZƏL-MÖVQE

"Frankofoniya sammiti fransız dilli ölkələrin mədəni əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə keçirilir. Ermənistandan başqa bu təşkilatda fransızca danışan ölkələr, Afrikanın Fransa koloniyasında olmuş dövlətlər və eləcə də Ukrayna üzvüdürlər". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu sammitin beynəlxalq statusu olmasına baxmayaraq qəbul etdiyi qəraralar yalnız təşkilat üzvləri arasında tövsiyyə xarakterlidir: "Sammitin Ermənistanda keçirilməsi sırf növbəlik prinsipinə əsaslanır və hər hansı siyasi əhəmiyyətə mailk deyildir. Ermənistan isə bu fürsətdən yararlanmağa çalışaraq çətin iqtisadi durumunu yaxşılaşdırmaq üçün hərəkətə keçəcək.

Paşinyan ölkəyə dəvət olunmuş zəngin diaspora üzvləri ilə münasibətlərini yaxşılaşdırmağa cəhd edərək ölkəsinə yatırımlar edilməsinə çalışacaq. Bununla da Paşinyan Rusiyanın tam nəzarətində olan Ermənistan iqtisadiyyatını asıllıqdan xilas etməyə cəhd edir. Avropa İttifaqına qoşulmaq kursunu götürən Paşinyan çox gözəl anlayır ki, Rusiyanın təsir dairəsindən çıxmasa Avropa İttifaqından maliyyə dəstəyi ala bilməyəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə