“Savaş qızışsa bu, müxalifətin sonuna gətirib çıxaracaq” AÇIQLAMA

"Hər zaman “Milli Şura” deyilən qurum daxilində funksionerlərarasında didişmələr, mübahisələr olub və bundan sonra olacaq". Bunu SİA-ya açıqlamasında “Təkamül” partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun szölərinə görə, çünki hər kəsin bir maraq dairəsi var: "Bir başqasının maraq dairəsinə müdaxilə edəndə mütləq orada çaxnaşma yaranır. Əgər “Milli Şura”nın tərkibinə daxil olan insanların qrupuna baxsaq, zaman-zaman bunların arasında münaqişələrin baş verdiyini görmüş olarıq. Səbəbdə fərqlidir. Ola bilər ki, onlar arasında olan qarşıdurma “Milli Şura”nın dağılmasına gətirib çıxarsın. Amma zaman gələndə xarici qüvvələr yenə də, bunları özlərinin məqsədlərinə xidmət etmək üçün birləşdirəcəklər. Bu da faktdır ki, hər zaman Müsavatla AXCP arasında “ana müxalifət” uğurunda savaş gedib. Amma dərk etmirlər ki, müxalifət düşərgəsində bu cür mübahisələrin olması həm özlərinə, həmdə onların rəhbərlik etdiyi partiyalara ciddi zərbələr vurur. Savaş qızışsa bu, müxalifətin sonuna gətirib çıxaracaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə