Araz Əlizadə: “Cəmil Həsənli və Əli Kərimli xaricdən pulu necə almağın yollarını çox gözəl bilirlər” AÇIQLAMA

"Gürcülərdə belə bir misal var: “ölü ölüyə deyir ki, apar məni basdır”". Bunu SİA-ya açıqlamasında ASDP sədri, millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, yəni “Milli Şura” və AXCP ölü qurumlardır: "Onlar necə toplanacaqlar ki, cəm alınsın? Çünki sıfırın üstünə sıfır gələndə sıfır alınır. Onların heç bir işləri görünmür. İşləri sıfıra bərabərdir. Ola bilsin İlqar Məmmədov olsun yeni troya atı. O da ola bilər ki, müxalifət qazanın dibini yalayan qəzet və saytlar onun adından istifadə edib, bir ayda çərənlədilər. Yəni müxalif qəzetlər məsələləri şişirdə və böyüdə bilərlər. Bu baxımdan xarici maraqlı dairələr müxalifətə ayırdığı maliyyə vəsaitinin həcmini bir az artıra bilərlər. Ayrı heç nəyə nail olmayacaqlar. Ömrümdə xaricdən heç nə almamışam və vəsait necə alınır, öhdəliklər necə olur, bunnaları bilmirəm. Mən yemədiyim xörəyin dadından danışmıram. “Milli Şura” da təmsil olunan Cəmil Həsənli, Əli Kərimli və digərləri xaricdən pulu necə almağın yollarını çox gözəl bilirlər. Onların bu məsələ ilə bağlı uzun illərin təccrübələri var".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə