"Niyə Milli Məclisin medalı təsis edilmir?"

Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb. SİA-nın xəbərinə görə, Parlamentin bugünkü iclasında çıxış edən deputat döyləyib ki, hakimiyyətin bütün strukturları özünün medalını təsis edir, amma Milli Məclisin təsis etdiyi medal yoxdur: “Milli Məclisin xatirə medalı var, lakin onun daşınması mümkün deyil. Milli Məclisin 100 illiyi hər gün olmur. 10-30 il parlament üzvü olan insanlar var. Niyə bu insanlar medallarla təsis edilməsin? Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə