Emin Milli - erməni lobbisinin təbliğat ruporu SİYASİ ARAŞDIRMA

Və ya “Meydan TV” adı altında ikibaşlı oyunlar

Qərbi Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən “mühacir” qurumlarının, eləcə də media fəaliyyəti göstərən şəxslərin olması kimsəyə sirr deyil. Buna misal kimi, son bir neçə ildir Hollandiyada, Fransada, Almaniyada və s. ölkələrdə “siyasi mühacir” adı altında hay-haray salanları göstərmək olar. O cümlədən, Sevinc Osmanqızı, Emin Abdullayev (Milli təxəllüsü ilə-R.N.) və s.

Lakin bu dəfəki siyasi araşdırmamız məhz E.Milli ilə bağlı olacaq. O kəslə ki, harda aş, orada baş rolunu alaraq, siyasi mollalıqla məşğuldur. Ancaq buna qədər daha bir faktı xatırlatmaq yerinə düşərdi. Bu gün “Meydan TV” adlandırılan anti-Azərbaycan media qurumunun əsas maliyyə mənbələri erməni lobbisi və lobbi ilə əməkdaşlıq edən bir sıra qərəzli Avropa təşkilatlarıdır. Həmin təşkilatlar ki, Leyla Yunus, Xədicə İsmayıl, Emin Hüseynov, Arif Yunus kimi xəyanətkarların “hesabatları” əsasında ölkəmizə qarşı olmazın iftiralar yönəldir, “demokratiya tövsiyəsi” pərdəsi altında açıq-aşkar düşmən mövqeyindən çıxışlar edirlər. “Meydan TV” isə, məhz bu qurumların əlaltısı olmaqla yanaşı, həm də onların siyasi səhnədəki təbliğatçısı rolunu ifa edir.

FAKT №1: Onnik Krikorian (Qriqorian) hansı səbəbdən Emin Milliyə işçi axtarıb?

Elə isə, bir xatırlatmanı da etmək yerinə düşərdi. Hələ ötən il bəlli olmuşdu ki, Tbilisidə məskən salan erməni jurnalist Onnik Krikorian (Qriqoryan-R.N.) özünün tvitter hesabında elan paylaşaraq, “Meydan TV”yə işçi axtarıldığını bəyan etmişdi! Bəli, məhz erməni...Onun barəsində aparılan araşdırmalardan o da bəlli olub ki, Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni reportyoru və fotoqrafıdır. O, İngiltərənin Portsmut şəhərində anadan olub, 1998-ci ildən bu yana Ermənistan respublikasının da rəsmi sakinidir. Belə ki, 2013-cü ildən Tbilisidə keçirilən “4M Journalism and Social Media” (Jurnalistlik və sosial media) forumunda təşkilatçı kimi aktiv iştirak edir. Forum, Cənubi Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılar onların tələsinə düşmüş media işçilərini özlərinə lazım olan ideyalarla təlimatlandırırlar. Verbovkalar həyata keçiriləndən sonra, onlar jurnalistləri hər hansı bir layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə yənəldilirlər.

Beləliklə, Onnik Krikorianın “Meydan TV” üçün yerləşdirdiyi elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tbilisidə yerləşmək şərtilə layihə meneceri axtarılır. Hər halda, gəlin razılaşaq ki, 1000 avro, özü də Gürcüstanda yaşamaq üçün heç də az pul deyil. Bu zaman belə bir sual yaranır ki, əcəba, özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” verbovka etdirdiyi işçilərinə 1000 avronu haradan və necə ödəyəcək, yaxud ödəyir? Əslində, bu sualın cavabını tapmaq da çətin deyil. Sadəcə, daha da dəqiqləşdirmək üçün bildirək – Onnik Ceyms Krikorianın da bağlı olduğu və erməni lobbisinin maliyyələşdirdiyi anti-Azərbaycan şəbəkəsindən…Məsələnin bu tərəfi demək olar ki, tam aydındır.

FAKT № 2: ABŞ Konqresinin Helsinki Komissiyasının brifinqində AXCP, “Milli Şura” və Müsavat rəhbərliklərinin hədəfə alınması Emin Millinin hansı maraqlarını təmin edib?

İndi isə keçək digər araşdırmalarımıza və ayırdlarımızı edək. Misal üçün, elə də uzaq olmayan tarixdə ABŞ Konqresinin Helsinki Komissiyasının "Azərbaycanda seçkilər və fundamental azadlıqların vəziyyəti" mövzusunda keçirdiyi brifinqi xatırlaya bilərik. Məhz orada da var-gəl edən, az qala hər konqresmenin “ağzından girib, qulağından çıxan”, “Meydan TV”-nin rəhbəri Emin Milli idi. Həmin vaxt ona dəstək verən ermənipərəst konqresmenlər isə bu “şəxsi” az qala, demokratiya uğrunda “canından keçmiş canlı qurban” kimi təqdim edirdilər. Buna “sübut” kimi isə, E.Millinin 1999-2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləməsi, eləcə də Avropaya köçüb “demokratiya uğrunda mübarizəsi” göstərilib. Bununla da o, erməni lobbisinin və bu lobbi ilə əməkdaşlıq edən bir sıra amerikalı və avropalı siyasi korrupsionerlərin “ulduzuna”, daha dəqiq desək, nökərinə çevrilib. Çünki bu kimi çevrələrə daxil olub, qrant qazanmaq şansını əldə etmək E.Millinin əsas hədəfi olub. Hətta buna görə, vaxtilə gecə-gündüz təbliğatlarını apardığı Əli Kərimlini, İsa Qəmbəri, Cəmil Həsənlini və sairləri işlənmiş tualet kağızı kimi bir kənara tullamazdı.

Buna göstəriləcək fakt isə belədir - Massaçusets Universitetinin professoru Odri Alştadt, "Freedom Now" hüquq-müdafiə təşkilatının icraçı direktoru Maran Torner və komissiyanın siyasi müşaviri Everet Prays sözügedən birfinqə rəhbərlik etdikləri vaxt E.Milli yuxarıda adları çəkilən “ənənəvi müxalifət” liderlərini necə deyərlər, “ağ yuyub-qara sərib”. Əks halda o, müxalifəti “çürümüşlər yığnağı” adlandırıb, Vaşinqtondakı ermənipərəst havadarlarına özünü “novator müxalifətçi” kimi sırımazdı. E.Milli indi də yaxşı bilir ki, əgər Azərbaycandakı müxalifətə qarşı oyun oynamazsa, qrant gəlirlərindən məhrum ola bilər.

FAKT № 3: Orduxan Teymurxan Emin Millinin yanında nə kimi təqim olunub?

Yeri gəlmişkən, həmin brifinqdə E.Milli ilə yanaşı artıq barəsində danılmaz faktlar ortaya çıxarılmış, “QRU” agenti və bu günün özündə də agentlik fəaliyyəti aparan Orduxan Bəbirov (Teymurxan-R.N.) da olub. Ondan soruşanda ki, bu saçırezinli kimdir, əlbəttə ki, “Azərbaycan demokratiyasının fədaisi, bloggeri, siyasi mühaciri, və ən nəhayət məzlum insan”- cavabı verilib. Beləliklə, E.Milli brifinqdə sualları cavablayarkən AXCP, Müsavat və "Milli Şura" rəhbərlərinin fəaliyyətlərinə ironik yanaşıb və bundan sonra məlum qrant müharibəsi elan olunub. "Müxalifətdə artıq dəyişikliklər zamanı çatıb. Başçılıq etdikləri partiyalarda şəxsiyyətə pərəstiş sistemi yaradan partiya liderləri müasir reallıqları nəzərə almalı, gənclərə yer verməlidirlər" - E.Milli çıxışında deyib.

Bütün bunlardan sonra Cəmil Həsənli ilə E.Millinin sosial şəbəkə üzərindən apardıqları qrant davalarını xatırlamaq kifayət edər ki, nə yaş, nə də baş bilən bu siyasi dağarcıqlar pula görə bir-birlərini az qala sümüklərinə qədər didməyə hazırdırlar. Əbəs deyil ki, baş verənlərdən qeyzə gələn C.Həsənli E.Milliyə ən ucuz ifadələri ünvanlayaraq, bundan sonra belə bir adamı tanımayacağını deyib.

Belə yerdə isə, C.Həsənli və Ə.Kərimlinin imdadına məhz Sevinc Osmanqızı çatır. Ümumiyyətlə, bu savaş başlayar-başlamaz S.Osmanqızı dərhal "Emin Millini danışdıran qrantlardırmı?" başlıqlı video paylaşır və yazır: ""Meydan TV"-nin əməkdaşları özləri belə qrantların haradan gəldiyini bilmirlər. Bu, rəhbərlik tərəfindən onlardan gizli saxlanılır. Halbuki sponsorla mətbuat qurumu arasında redaktor siyasətinə müdaxilə olmayacağına dair şərt müqavilədə öz əksini tapmalıdır. Mənbəyi gizli saxlanan qrantlarla müstəqil mətbuat orqanı qurmaq olarmı?"

Ümumilikdə götürəndə, yalnız E.Milli ermənipərəts şəbəkələrdən qrantlar qoparıb, həmin qrantları Orduxan Teymurxan, Tural Sadıqlı və sairlərlə bölüşdürmür, bu məsələdə Xədicə İsmayılın və digərlərinin də bənzər əməlləri kifayət qədərdir. Xatırlaya bilərik ki, bu gün AXCP və “Milli Şura” ilə düşmənçilik edən E.Milli ilə yanaşı, həm də X.İsmayıldır. Əbəs deyil ki, bu gün “Meydan TV”yə cani-dildən dəstək verən də bilavasitə X.İsmayıldır. Bütövlükdə götürəndə isə, aparılan araşdırmalardan, ortada olan çoxsaylı faktlardan sonra artıq bütün kartlar açılıb. Bu kartların yenidən oyuna atılacağını isə gözləmək olmaz. Çünki onlar öz istifadə müddətlərini çoxdan bitiriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...