“Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda həyata keçirilən iqtisadi və institutsional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb. İqtisadiyyatın bütün sektorlarlarında dinamik artım müşahidə olunur. Artım ilə yanaşı iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir: “Belə ki, bu il istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı, Azerspace-2 sputniki kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaradır.

2018-ci ilin 9 ayının yekunları göstərdi ki, iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə etməkdədir. Belə ki, ÜDM-in 0.8% artımı qeyri neft sənayesinin 10.8%, kənd təsərrüfatı istehsalının isə 4.3% artımı ilə müşahidə olunur ki, bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsini 37%, ixracın 37.3% artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərini möhkəmlənməsindən xəbər verir. Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafı ilə nəticələnən keyfiyyət dəyişiklilərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayı nəticəsində əhali tərəfindən istehlak olunan ərzaq məhsulları, içki və tütün məhsullarının 80%-nin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7% üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 000 yeni iş yerlərini açılması məşğulluq səviyyəsini daha da artıb.

Ümumilikdə son 9 ay ərzində dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, şəffav, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirmişdir. Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir, ölkərə yeni texnogiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir və bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaqdır. Dövlət başçısı qarşıda duran əsas vəzifələri də müəyyən edərək, məhsuldarlığın, şəffahlığın, xarici bazarlara çıxısın artırılmasını, elmi yanaşmanın və müasir texnologiylarının tətbiqini bir daha önə çəkib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...