Qabil Hüseynli: “Koçaryan və Sarkisyan sosial dayaqlarını itirblər” MÜSAHİBƏ

Politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi

- Qabil müəllim, işğalçı ölkənin baş naziri Paşinyan oktyabrın 16-da istefa verəcəyini bəyan edib. Sizcə, Paşinyan istefa verməklə hansısa siyasi bir maraqlarının həyata keçirməsini planlaşdırırmı?

- Ermənistanın yeni konstitusiyasında seçkilər dövründə icra hakimiyyətinin başında duran adam istefa verməlidir. Burada Paşinyan öz xoşu ilə istefa vermir, yəni konstitusiyanın tələblərinə görə istefa verir. İstefaya getdiyi müddətdə onun yerinə yeni adam seçilə bilməz. Bir sözlə, onun səlahiyyətlərini isə onun 1-ci müavini əvəz edir. Bu baxımdan, Paşinyanın istefaya getməsi konstitusiyanın tələbidir.

- Hakimiyyətə iddialı olan Koçaryan və Sarkisyan Paşinyanı əvəz etmək üçün hərəkətə keçəcəklərini demək mümkündürmü?

- Yox Koçaryan və Sarkisyan sosial dayaqlarını itirblər. Bu baxımdan tamailə güczüdürlər. Artıq Respublikaçılar partiyası meydanda tək qalıb. Parlamentdə ikinci partiya olan Saakyanın “Çiçəklənən Ermənistan” partiyasının 30 nəfər deputatı Paşinyanı müdafiə edir və seçkilərdə iştirak etməyəcəyini və baş nazirliyə namizəd göstərməyəcəyini bildirib. Dünəndən isə “Daşnaqstyün” partiyası da Paşinyanla memorandum imzalayıb və hansı hərəkətlərini edəcəkləri barədə hər iki tərəf üzlərinə öhdəlik kimi götürübdür. Ona görə də, Paşinyanın parlametdə ki, Respublikaçılar partiyasından o qədərdə çəkilmir. Üstəlik də Respublikaçılar partiyasından artıq iki nəfər istefa verərək Paşinyanın “Bizim addımlar” blokuna qoşulubdur.

- Tərəflər arası qarşıdurma Ermənistanda növbəti iğtişaşların, qarşıdurmaların yaranmasına gətirib çıxara bilərmi?

- Qarşıdurma ehtimalları xeyli azalıbdır. Amma sadəcə olaraq kənardan müəyyən təsirlər ola bilər. Məsələn burada Rusiyanı nəzərdə tutub deyirəm. Ordunun içərisindən müəyyən qiyam xarakterli hərəkətləri də zəif ehtimalla qiymətləndirmək olar. Amma hər halda seçkilər dövrü yəni dekabrda seçkilər keçiriləcək o dövrdə Ermənistanda etirazların güclənəcəyi şahidi olacağıq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...