Təhqir və söyüşlərin hərəsi “1 qəikdən” DAVAMLI QARŞIDURMA

Qurban Məmmədov: “İndi görürəm ki, çox düz etmişəm”

Son günlər “Milli Şura”nın koordinasiya şurasının üzvləri - Eldəniz Quliyev, Rafiq Manaflı, Gültəkin Hacıbəyli və digərləri vaxtilə adıçəkilən qurumda təmsil olunmuş “hüquq müdafiəçisi”, hazırda Britaniyada yaşayan Qurban Məmmədova qarşı sosial şəbəkədə ən ağır ifadələrə söykənən təhqirlər yağdırırlar. Bu məsələdə AXCP sədri Əli Kərimlinin də söyüş qrupuna aid olan trollar hərəkətə keçərək, eyni istiqamətdə yol tutmaqdadırlar. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı müxalifətyönlü mediaya müsahibə verən Q.Məmmədov bildirib ki, onlara veriləcək heç bir cavabı yoxdur. O, dolayı yolla qaşrı tərəfləri dəli olmaqda suçlayıb və psixiki pozuntularının də həmin ifşaya dayandığını eyham vurub. “Onlara heç bir cavabım yoxdur”, deyə sözügedən müsahibəsində danışanQ.Məmmədov sözlərini belə əsaslandırıb: “Görünür, çox narahatdırlar. Bu ifşa prosesindən sonra onların keçirdikləri hissləri yaxşı duyuram. Keçmiş olsun”.

“Keçirdikləri hissləri yaxşı duyuram, keçmiş olsun”

Maraqlıdır ki, “hüquq müdafiəçisi” baş verənləri daha öncədən gözlədiyini də bildirib, eyni zamanda bu addıma getməsinə haqq qazandırıb: “Bu yola mən təsadüfən çıxmamışam. 25 illik müşahidələrimdən sonra qərara gəldim ki, Azərbaycanda bu gün müxalifət adı altında fəaliyyət göstərən bir dənə də olsun müstəqil qüvvə yoxdur. Təkbaşına, yalnız xalqın yardımı və köməyi ilə bu işi görmək qərarına gəldim. İndi görürəm ki, çox düz etmişəm”.

“Sevinc Osmanqızını cəzalandıracam”

Onu da qeyd edək ki, Q.Məmmədovun rəhbəri və təsisçisi olduğu, internet üzərindən yayımlanan “Azerifreedom” kanalının bağlanması ilə əlaqədar ABŞ-da yaşayan və “Milli Şura” ilə bağlılığı olan Sevnc Osmanqızı müvafiq yayım şirkətlərinə şikayət edib. Lakin Q.Məmmədov bu şikayətlərə rəğmən, digər vasitələrlə canlı yayıma çıxaraq, “Milli Şura” rəhbərlərini və onlara dəstək verənləri ifşa edəcəyini deyib. O cümlədən, Sevinc Osmanqızıya da barmaq silkələməyi unutmayıb. Belə ki, “kanalımız bağlanmayıb, 3 aylığa canlı yayım qadağan edilib”, deyən “hüquq müdafiəçisi” sözlərini bu cür ifadə edib: “Sevinc Osmanqızı şikayət edib ki, onun mənim haqqımda Cəmil Həsənli və Tofiq Yaqublunun iştirakı ilə yaydığı süjetlərdən istifadə etmişəm. "Youtube"un qaydalarına uyğun olaraq, şikayətçi şikayətini geri götürməsə, “Youtube” belə qərar qəbul edir. Canlı yayımlarımız Facebookda, "Azerifreedom" səhifəsində, eləcə də, “Odnoklassniki”, “VKontakte”, “Periskop” və əlavə 5 sosial şəbəkədə davam edəcək. Facebookda yayımlayandan sonra verilişlərimizi hazır video kimi "Youtube"a yerləşdirəcəyik”.

Lakin Q.Məmmədov S.Osmanqızını cəzalandıracağını da istisna etməyib. Qarşı tərəfin onun internet kanalı ilə bağlı şikayətini 3 saat ərzində geri götürməyə vaxt verdiyini, ancaq qarşı tərəfin onun xəbərdarlığına məhəl qoymadığını deyən Q.Məmmədov biildirib: “3 saat vaxta əməl etmədiyinə görə, mən də onu nə vaxtsa cəzalandıracam. İndi kimin kim olduğu bilindi”.

“Əli Kərimli mənimlə "Zabitlər parkı"nda 2 saat söhbət edib”

““Milli Şura”dan nə üçün çıxarıldınız?” sualını cavablandırn Q.Məmmədov eyni zamanda bildirib ki, o heç də həmin qurumdan çıxarılmayıb və ölkədə olduğu zaman AXCP sədri Əli Kərimli onu geri çağırmağa çalışıb: “Mən “Milli Şura”dan çıxarılmamışam. Məni “Milli Şura”ya qaytarmaq üçün Əli Kərimli mənimlə "Zabitlər parkı"nda 2 saat söhbət edib. Bunu deyənlərin (Cəmilin, Gültəkinin, Rafiqin və s.) əxlaqı yerində deyil...”

Beləliklə, ona hücum edənlərin hər birinin xəyanətkar və satqın olduğunu önə sürən Q.Məmmədov onların hər birinin istənilən an arxadan zərbə vuracaq qədər xain olduqlarını bildirib: “Bunlarla müharibəyə getmək olmaz. Arxadan vurarlar”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...