Paşinyanın selfi şakəri Bu dəfə robotla

Hələ də siyasi eyforiya şəraitindən çıxa bilməyən Ermənistanın baş naziri Nikol Paşinyanın xarici ölkələrə səfərləri zamanı dövlət rəhbərləri ilə selfi çəkdirmək şakəri bu dəfə robotla məhdudlaşıb. SİA armtoday-a istinadənxəbər verir ki, bu ddəfə o arvadı Anna Akopyanla ölkəsində keçirilən frankofoniya sammiti çərçivəsində Ermənistana aparılmış Sofiya adlı robota selfi çəkdirmək təklifi edib. Görünür, etiraz edəcəyi halda erməni baş nazirin qiyam qaldıracağından ehtiyat edən robot Sofiya sonda bu təklifə razı olub.

Fotolarda diqqət çəkən məqamlardan biri də Paşinyanla arvadının robotla tanışlıq zamanı siyasi çevrədə özlərini açıq-aşkar görməmiş və yüngül tərzində aparmaları olub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə