"Korrupsiyaya qarşı mübarizə ilə bağlı islahatlar davam etməkdədir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır və aparılacaqdır. Hesab edirəm ki, bütün bunların arxasında cənab Prezidentin siyasi iradəsi dayanır”. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Fond rəhbərinin sözlərinə görə, ölkə başçısı tərəfindən 2005-ci ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin daha sitemli xarakter alması ilə bağlı strategiya və Milli Fəaliyyət proqramları qəbul edilib: “Amma bundan əvvəl də yəni 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul edilmişdir. Bu sektor həmişə ölkənin prioritet sahələrindən biri olub. Bunun nəticəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik və instisional təchizat tam olaraq formalaşdırılıb. Yəni korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası tamdır. Bu o demək deyil ki, o dəyişikliyə məruz qala bilməz. Biz mütəmadi olaraq görürük ki, cənab Prezidentin təklifləri ilə Milli Məclis qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edir. Digər tərəfdən başqa bir məsələ onunla bağlıdır ki, korrupsiyaya qarşı mübarizə yalnız baş vermiş korrupsiya faktı ilə bitmir. Korrupsiyaya qarşı mübarizə dövlət başçısının söylədiyi kimi ümumi xarakterdir. Çünki korrupsiyaya qarşı mübarizə ümumi xarakter daşıyır. Azərbaycanda “ASAN Xidmət”in yaradılması korrupsiyaya qarşı mübarizənin ən böyük, ciddi nümunələrindən biridir. Çünki bu dövlət orqanları tərəfindən artan xidmət vasitələrini həyata keçirilməsi zamanı korrupsiya sıfırdır. İndiyədək cənab Prezidentin də qeyd etdiyi kimi 24 milyon şəxs artıq bu xidmətdən istifadə edir. Digər sahələrdə də korrupsiyaya qarşı mübarizə ilə bağlı islahatlar davam etməkdədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...