Aşotyan: "Paşinyan küçələri bağlaya bilər, amma ağızları əsla" SƏRT MESAJ

Ermənistan Respublikasının Respublikaçı Partiyası (RPİ) sədrinin müavini, Milli Məclisin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Aşotyan ölkəsinin baş nazirinin çıxışına narazılığını ifadə edərək onun BMT tribunasından Ermənistanda mövqelərini möhkəmləndirmək üçün istifadə etdiyini vurğulayıb.

“Təəssüf ki, Nikol Paşinyan BMT tribunasından Ermənistanın təhlükəsizliyi və milli məsələlərlə bağlı deyil, yalnız mövqelərini möhkəmləndirmək üçün istifadə etdi. Paşinyan Ermənistanın bundan əvvəlki hakimiyyətini qınamaq və avtoritar adlandırmaqdan əvvəl, hakimiyyətin sülh yolu ilə dəyişdirilməsi zamanı əsas beynəlxalq aktorların Ermənistanla bağlı fikirlərini yada salmalıdır. Lakin Milli Məclisdə erkən seçkilərə diqqət yetirdikdə görərik ki, bu ölkənin təhlükəsizliyinə, daxili sabitliyə, eləcə də bütün sonrakı orqanların konstitusiyalılığına dağıdıcı zərbə vuracaq. Nəticədə onu deyə bilərəm ki, siz küçələri bağlaya bilərsiniz, amma ağızları əsla”, - deyə Aşotyan qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə