Elmar Məmmədyarov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Sierra Leone xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba və Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmməd ilə görüşüb.

Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nyu-Yorkda baş tutan görüşlərdə ölkələr arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə